Deputatdan Prezidentin Misirə səfərinə şərh: "Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiyada..."
12-10-2025 [23:40]
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Bu səfər təkcə regional proseslər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal dialoq məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir".
Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısının ABŞ və Misir liderlərinin şəxsi dəvəti ilə belə bir yüksək səviyyəli toplantıya qatılması ölkəmizin beynəlxalq arenada oynadığı rola verilən yüksək qiymətin təzahürüdür:
"Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönələn bu sammit, əslində, dünyanın diqqət mərkəzində olan bir prosesin diplomatik zirvəsidir. Prezident İlham Əliyevin həmin platformada iştirakı isə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəminə beynəlxalq miqyasda da önəm verildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil qərar verən, öz maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal sülhün təmininə töhfə verən dövlət kimi tanınır. Məhz bu mövqeyin nəticəsidir ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında da strateji tərəfdaş, etibarlı dost və rasional vasitəçi kimi qəbul olunur".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri, xüsusilə regionda dayanıqlı sabitliyin bərpasına yönəlmiş ardıcıl siyasəti beynəlxalq miqyasda nümunə kimi dəyərləndirilir:
"Ermənistanla Azərbaycan arasında 2025-ci ilin sentyabrında Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş razılaşmalar da bu siyasətin məntiqi nəticəsidir. Həmin razılaşmalar uzun illər davam edən qarşıdurmaya son qoymaqla regionda real sülhün təməlini qoydu və Qafqazda yeni siyasi arxitekturanın formalaşmasına şərait yaratdı.
Azərbaycanın sülh gündəliyi artıq regional çərçivəni aşaraq beynəlxalq miqyasda dəstək qazanıb. Prezident İlham Əliyevin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü humanitar və təhlükəsizlik təşəbbüsləri onun qlobal diplomatiyada konstruktiv, məsuliyyətli lider obrazını daha da möhkəmləndirib. Bu baxımdan, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, həmçinin qlobal təhlükəsizlik sistemində fəal iştirakının təbii davamıdır.
Misirdə keçirilən sammitdə iştirak Azərbaycanın həm İslam dünyası, həm də Qərb siyasi mərkəzləri ilə əlaqələrinin qarşılıqlı etimada əsaslanan yeni mərhələyə qədəm qoyduğunu da göstərir. Azərbaycan bu gün müxtəlif siyasi bloklar arasında körpü rolunu oynayır, qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq məkanının formalaşmasına real töhfə verir.
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çəkisinin artdığını təsdiqləyən mühüm hadisədir. Bu iştirak həm Azərbaycanın müstəqil siyasətinin nəticəsidir, həm də onun sülh və sabitlik missiyasının beynəlxalq miqyasda qəbul olunduğunun göstəricisidir".
F.Əhməd
MİA.AZ
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb