"Biz öz təcrübələrimizi onlara aşılamalıyıq" - İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb

img

12-10-2025 [17:45]


"Müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini ədalət və qanunçuluq prinsipləri əsasında qurmağa başladı".

Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iclasında deyib.

"Bu il həm Konstitusiyamızın 30 illiyi, həm də ölkə ərazimizin bərpasının 5 illiyi ilə bağlıdır. Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir", - Ali Məhkəmənin sədri vurğulayıb.

İ. Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmindən bəhs edib.

"Biz öz təcrübələrimiz onlara aşılamalıyıq. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu hər zaman belə də davam edəcək. Azərbaycan hakimləri olaraq Beynəlxalq Hakimlər Assosiasiyasına hər zaman dəstək verəcəyik", - İnam Kərimov bildirib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA