Ötən il tədiyyə balansında 1,6 mlrd. dollarlıq profisit yaranıb

img

31-03-2018 [13:46]


2017-ci ilin yanvar-dekabr ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən xəbərə görə, bu həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 1% (56 mln. dollar) azalaraq 5,7 mlrd. dollar olub.

2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1,7 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar məbləğində olub.

Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. dollar artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,7 mlrd. dollar məbləğində kəsirini tam örtüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA