"Kassam Tuqayları": "Nə qədər ki, İsrail razılaşmaya əməl edəcək, biz də..."

img

13-10-2025 [10:36]


HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Kassam Tuqayları gələcək addımları barədə qısa bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda atəşkəsi heç vaxt öz tərəflərindən pozmayacaqları bildirilib.

Əlavə olunub ki, İsrauil ordusu hərəkət etməzsə, onlar sakitcə öz mövqelərində gözləyəcəklər: "Nə qədər ki, İsrail razılaşmaya əməl edəcək, biz də razılaşmaya və müəyyən edilmiş vaxt cədvəlinə əməl edəcəyik".

Qruplaşmanın silahlı qanadı daha sonra hazırkı vəziyyəti Qəzzalıların qətiyyəti və dözümü ilə əldə etdiklərini bəyan edib: "Atəşkəs və əsir mübadiləsi razılaşması Fələstin xalqının qətiyyəti və müqavimətinin nəticəsidir. Düşmən gücünə və kəşfiyyatına baxmayaraq, hərbi təzyiq yolu ilə əsirlərini geri ala bilmədi. İndi isə əsir mübadiləsi anlaşmasına boyun əyərək,  əsirlərini geri alır".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA