İşsiz qalan, ixtisara düşən şəxslərlə bağlı yeni qanun - Layihə parlamentə göndərildi

img

29-03-2018 [13:42]


Azərbaycanda işsiz qalmaya görə sosial yardım alanların siyahısı genişləndirilir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü (Sosial yardım almaq hüququ olan ailələr) maddəsinə əlavələr müzakirə edilib.

Layihəyə görə, ölkədə eyni zamanda dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər də sosial yardım hüququna malik olacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA