"Neftin qiyməti 50 dollar/barelə düşəcək" - ABŞ-ın nüfuzlu bankından proqnoz

img

26-03-2018 [16:21]


Dünya bazarında "Brent" markalı neftin qiyməti ortamüddətli perspektivdə 50 dollar/barelə düşəcək. 

Bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankı çıxış edib. 

Qurumun proqnoz-hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və beynəlxalq neft şirkətləri arasında rentabellilik uğrunda rəqabət neftin ucuzlaşmasına səbəb olacaq. Neftin daha rəqabətqabiliyyətli maya dəyərinə sahib olduğu regionlar uzunmüddətli perspektivdə qiymətin müəyyənləşməsi üçün əsas rol oynayacaqlar. 

Bank həmçinin bəyan edib ki, OPEC üzvlərində neftin büdcə qiymətinin neytral həddi 2018-ci ildə üçün 65 dollar/barel, 2020-ci ildə isə 50 dollar/barel təşkil edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA