Mərkəzi Bankı borclanma xərclərini qaldırdı - Pekindən FED-in qərarına reaksiya

img

22-03-2018 [17:22]


Çin Mərkəzi Bankı (PBOC) ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımından sonra 7 günlük əks-REPO faizini 2,50 %-dən 2,55%-ə qaldırıb.

Bu barədə Mərkəzi Bank açıqlama yayıb. 

Bildirilib ki, bu addım bazar gözləntilərinə uyğundur və FED-in faiz artımına verilən normal reaksiyadır.

Qeyd edək ki, FED martın 21-də uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.

Dünya mətbuatının yazdığına görə, FED-in faiz artımı qərarından sonra dolların kursu sabit qalıb, qiymətli metallar isə bahalaşıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA