"Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər" - Neft naziri

img

15-03-2018 [14:45]


Neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşmasının əsas iştirakçılarından biri olan Rusiya anlaşmadan vaxtından əvvəl çıxa bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Namdar Zanqane deyib. 

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) anlaşmanın müddətini uzadıb-uzatmayacağı barədə suala cavabında B.N.Zanqane bildirib ki, Rusiyanın bu ilin sonuna qədər anlaşmada qalmaq istəyi görünmür. O, həmçinin qeyd edib ki, əgər belə olarsa anlaşmaya dəyişikliklər edilməlidir. 

Xatırladaq ki, OPEC+ anlaşmasına əsasən, Rusiya gündəlik hasilatın həcmini 300 min barel, digər əsas neft hasilatçısı olan Səudiyyə Ərəbistanı isə 468 min barel azaltmaq öhdəliyini üzərinə götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA