Ölkədə qızıl-gümüş bazarında qiymətlər bahalaşır - Cədvəl

img

14-03-2018 [21:27]


Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.

Qızılın qiyməti təxminən 14,88 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 257,25 manat təşkil edib.

Trend-in məlumatına görə, son 30 gün ərzində (14 fevral - 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub - 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb - 2 234,94 manat

Bununla belə, 30 günlük müddətdə qızılın ucuzlaşmasına baxmayaraq ilin əvvəlindən qiymətlər 33,47 manat (1,5 faiz) artıb.

Trend-ə görə, gümüş 0,9 faiz bahalaşaraq 1 unsiya üçün 28,2536 manata çatıb.

Platinin qiyməti 1 646,773 manatadək (0,7 faiz artıb), palladiumun qiyməti isə 1 668,219 manatadək (1,44 faiz artım) artıb/Trend.

Ad


14.03.18

13.03.18

Qızıl

XAU

2257,2515

2242.3765

Gümüş

XAG

28,2536

28.0018

Platin

XPT

1646,773

1635.434

Palladium

XPD

1688,219

1664.283


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA