13-03-2018 [12:30]
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Mia.az Komitəyə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da ən son təklif 13 min 450 manatadək yüksəlib.
Bildirilib ki, qeyd edilən əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır:
"Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib.
Budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib".
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir:
"Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 119 kv.m olan Gəncə şəhərində yerləşən 6 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşdirilən "Maştağa Avtodəstə” də təmir sahəsində sahibi üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 1400 kv.m-ə yaxın, torpaq sahəsi isə 10 min kv.m-dən çoxdur. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır.
Turizm sahəsinin sürətlə inkişaf etdiyi Qəbələ şəhərində iaşə və xidmət obyektlərinin sayı artmaqdadır. Bu əmlakların sırasına rayonun Nic qəsəbəsində yerləşən 1 saylı klub da daxil ola bilər. Fəaliyyətini yenidən qurmaqla bu obyekti turistlərin sevimli məkanına çevirmək mümkündür.
Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır. Səbail rayonunda yerləşən, ümumi faydalı sahəsi 116.5 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanov rayonunda yerləşən ümumi faydalı sahəsi 63 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Bununla yanaşı, prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşən avtomobillər 2007-ci il istehsalı olan Fiat Albeo və Fiat Doblo, buraxılış tarixi 2006-cı il olan Nissan Maximadır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər".
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac bayram günləri ilə əlaqədar olaraq martın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.
"Tramp sülhə sadiqdir, o..." - Netanyahu Trampın Nobelə namizədliyini yenə dəstəkləyəcək
İqtisadiyyat üzrə Nobel mükafatının sahiblərinin adları açıqlandı
Xocalının Ballıca və Xanyurdu kənd sakinləri ilə torpaq icarəsi müqavilələri imzalanıb
Netanyahu Sammitə qatılacaq - Misir prezidentindən gözlənilməz jest
Şair Əlisəmid Kür dəfn olunub (Yenilənib)
Audiovizual Şura məlumat yayıb
70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - Bu tarixdə
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü keçirilir - "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır" (Yenilənib)
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik
Sabah yağış yağacaq - Proqnoz
Baş həkim İlahə Şükürova vəzifədən azad olunub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Qarsa qar yağıb - FOTO
Xocavənddə əməliyyat: odlu silah-sursat satmaq istəyən saxlanılıb
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
AZAL “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib
Naftalan neftinin çıxarılması, emalı, saxlanılması qaydaları təsdiqlənib - Baş nazir qərar verdi
Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence Challenge” yarışında böyük uğur qazandı - FOTOLAR
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
HƏMAS israilli girovları buraxıb - ADLAR (VİDEO) - YENİLƏNİB
Bakıda gömrükçü öz mağazasında öldürüldü - 16 yaşlı yeniyetmə tərəfindən (Yenilənib)
"Yerli futbolçu 1000 manata oynayır, əcnəbiyə 4 min dollar verirlər, Niyə?" - Məşqçi futboldakı dəllallardan danışdı (MÜSAHİBƏ)
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib - FOTO
Misir tarixi Sammitə qatılacaq liderlərin siyahısını yaydı: İlham Əliyev, Tramp, Ərdoğan, Makron...
"Vüsal 300" ev dustaqlığına buraxılıb
Sergen Yalçın "Fənərbağça"nın futbolçusuna "yox" dedi
"TamStore" marketlər şəbəkəsinin əməkdaşları qəzaya düşüb.
Meksikada təbii fəlakət: 50 nəfər ölüb, 20 nəfər itkin düşüb, minlərlə insan zərər çəkib
Ərdoğan Misirə gedir, İran, İsrailı, Qətər və... - Tarixi Sülh Sammitinə hazırlıq yekunlaşıb
ABŞ-da barda atışma olub - 4 nəfər ölüb, 20 yaralı var
"Fənərbağça"da nə baş verir? - Daha iki futbolçu heyətdən qovulub
Türkiyə millisinin qolkiperi niyə düşərgəni tərk edib? - "Xəyal qırıqlığına uğradım"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Deputatdan Prezidentin Misirə səfərinə şərh: "Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiyada..."
İlham Əliyev onlara müraciət edib - MƏTN
"Biz öz təcrübələrimizi onlara aşılamalıyıq" - İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdə - FOTOLAR
Beynəlxalq Hakimlər Assosiasiyası üzvləri Bakıya toplandı - Azərbaycanın güc qurumlarının rəhbərləri təlimdə + FOTOLAR
TALİBAN PAKİSTANA HÜCUM EDİB: əks zərbələrlə Əfqanistan qüvvələrinə ağır zərbə vurulub - İslamabaddan ard-arda xəbərdarlıqlar
APA TV ilə "Şərurlu İsfəndiyar" arasında qalmaqal: gizli çəkiliş, reklam, şantaj və... - Şok VİDEO
Sabah yağış yağacaq