OPEK-in baş katibi Azərbaycana rəsmi səfər edəcək - Tarix açıqlandı

img

12-03-2018 [11:58]


OPEK-in baş katibi Məhəmməd Barkindo bu həftənin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə  Azərbaycan Energetika Nazirliyindən bildiriblər. 

17-19 mart tarixlərinə planlaşdırılan səfər zamanı Azərbaycan və OPEK-in cari münasibətləri, OPEK+ sazişi çərçivəsində təşkilatla əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanın da təşəbbüskar olduğu OPEK və kartelə daxil olmayan ölkələr arasında daha sıx əməkdaşlıq formatının müzakirə olunacağı nəzərdə tutulur.

Xatırladaq ki, bu, OPEK rəhbərliyinin Azərbaycana ikinci səfəri olacaq. İlk səfər 2011-ci ildə baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA