Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı – Avro bahalaşacaqmı?

img

08-03-2018 [17:40]


Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Bloomberg"  xəbər verir ki, ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ilin aprel ayı iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (74,4 mlrd. dollar) 30 mlrd. avroya (37,2 mlrd. dollar) endirib. Dekabrın 14-də keçirdiyi iclasda isə monetar stimullaşdırma proqramının müddətini 2018-ci ilin sentyabr ayının sonuna qədər uzadıb.

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin bir qədər sonra açıqlama verəcəyi gözlənilir. Hələlik qərar avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR nisbəti 1,24-dür/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA