13-02-2018 [15:38]
Bu gün AVRONEST Parlament Assambleyasının Tiflisdə keçirilən iclasında qurumun Sosial, Təhsil, Məşğullu, Mədəniyyət və Vətəndaş Cəmiyyəti məsələləri üzrə Komitənin həmsədri, Azərbaycan Parlamentinin üzvü, deputat Məlahət İbrahimqızı erməni deputatı susdurub.
Bu barədə Modern.az saytına açıqlama verən deputat Məlahət İbrahimqızı bildirib ki, bu gün AVRONEST-in iqtisadi komitəsində iqtisadi islahatlar, sahibkarlıq fəaliyyəti və müxtəlif xarici ölkələrin Gürcüstanda qoyduğu investisiya layihələri ilə bağlı təqdimat keçirilib:
"AVRONEST-də Gürcüstanın iki nazirinin təqdimatı baş tutdu. Hər iki nazir çıxışı zamanı Azərbaycana minnətdarlığını ifadə etdi və bildirdilər ki, Azərbaycan Gürcüstanda ən böyük investorlardandır. Bizdən sonra Türkiyə, Avropa ölkələrindən isə İngiltərə və Çexiyanın adı çəkildi. Daha sonra nazirlər çıxışlarında görülən işlərdən, mövcud problemlərdən və əldə edilən nailiyyətlərdən söz açdılar. Mən sosial komitənin üzvü olsam da, bu komitənin iclasında da iştirak etdim. Təqdimatlardan sonra müzakirələr başladı. Bu zaman Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan Azərbaycanı korrupsiya və rüşvətlə ittiham etdi və Gürcüstanın niyə öz adını Azərbaycanla hallandırdığını soruşdu. Sual gözlənilməz olsa da, erməni nümayəndə heyətinin rəhbərinə cavab vermək üçün əlimi qaldırdım və bildirdim ki, hər iki nazirin çıxışını yüksək qiymətləndirirəm”.
M.İbrahimqızı erməni deputatına qarşı çıxışı zamanı qeyd edib ki, Azərbaycan və Gürcüstan həqiqətən yaxın strateji müttəfiqdir:
"Həmçinin bildirdim ki, keçən il Gürcüstan-Azərbaycan-Türkiyənin iştirakı ilə Azərbaycanda əsrin ən əhəmiyyətli layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış olub. Bu baxımdan biz Gürcüstanla Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilsi-Ərzurum nümunəsində bu günə qədər bütün sahələrdə sıx əməkdaşlıq etmişik və gələcəkdə də belə uğurlu layihələrimiz davam edəcək.
Erməni deputatına qarşı çıxışım zamanı qeyd etdim ki, bütün keçmiş sovet respublikalarında bu problemlər, o cümlədən söz azadlığı, demokratiya, korrupsiya məsələləri mövcuddur:
"Belə hallar dünyanın bütün ölkələrində müşahidə edilir. Əsas odur ki, Azərbaycan xalqının iradəsi var və biz bunlara qarşı mübarizə aparırıq. Bu istiqamətdə Azərbaycanın xüsusi konstitusional dövlət mexanizmləri var. Amma Ermənistan tərəfinin Gürcüstan və Azərbaycan arasında provokasiya yaratması qəbulolunmazdır. Qeyd edilən problemlər Ermənistanda Azərbaycandan dəfələrlə çoxdur. Ən dəhşətlisi odur ki, Ermənistan istər BMT-də, istərsə də Avropa strukturlarında işğalçı dövlət kimi tanınır. Bu səbəbdən hesab edirəm ki, Ermənistan deputatının provokativ sual verməsi heç vaxt qəbul olunmazdır”.
Daha sonra bildirdim ki, Azərbaycanda parlamentdə spiker və ya millət vəkillərini öldürmürlər. Həmçinin bizim ölkədə dövlət səviyyəsində terror olmadığını vurğuladım. Çıxışımdan sonra erməni deputat susdu”.
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Çində xəstəxanada qətliam: bıçaqlı şəxs 10-dan çox adam öldürüb
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı