“20 Yanvar” faciəsinin sirri

img

18-01-2018 [23:50]


Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına Respublika mükafatı laureatı.

e-mail: [email protected]

***

Azərbaycanın Əməkdar jurnalisti Rəhman Orxan öz jurnalist təhqiqatı ilə 28 ildə ilk dəfə olaraq 20 Yanvar faciəsinin bilavasitə Ermənistanın "təşəbbüsü" və təhriki ilə törədildiyini danılmaz, tutarlı faktlarla aşkara çıxarıb. Onun araşdırmasını oxucularımıza təqdim edirik.

Moskvaya "20 Yanvar” tapşırıq-mesajı hələ bir həftəəvvəl... Yerevandan verilmişdi.

Həmin ərəfədə daşnakların parlament səviyyəsində "hiyləgərlik diplomatiyası” Mixail Qorbaçova qatı yalanı həqiqət kimi təqdim etməyi bacarmışdı, lakin o zaman sayıq və tədbirli olmağı bacarmayan Azərbaycan rəhbərliyi, onun "diplomatiyası” hətta xalqımızın başına gətirilən ağır faciə və müsibətləri – acı, dəhşətli həqiqətləri belə həqiqət kimi tanıda biməmişdi.

...Həmin dəhşətli günün baş verə biləcəyini ən pis, pessimist ehtimalla belə düşünmədiyimiz ərəfədə Bakı, eləcə də bütövlükdə Azərbaycan biçarə millətimizə xas olan arxayınlıqla, anlaşılmaz böyük bir xülya ilə "möcüzə” gözləntisində idi. Hamı sadəlövhcəsinə belə bir qənaətdə idi ki, bu gün olmasa da, sabah, ya da o biri gün Moskva hökmən Ermənistana, Yerevana qoşun yeridəcək. Əslində Dağlıq Qarabağ ətrafında hadisələr elə gərgin şəkil almışdı ki, bütün SSRİ-də və hətta Ermənistanda da bunun qaçılmaz olduğunu düşünənlər az deyildi.

Belə ki, 1989-cu ilin son və 1990-nın yanvarının ilk günlərində ermənilər Qarabağda yalnız azərbaycanlılara qarşı deyil, sovet-rus hərbçilərinə qarşı da hücum və təxribatları xeyli artırmışdılar. Erməni faşistləri tərəfindən həmvətənlərimizlə yanaşı rus hərbçilərinin girov və əsir götürülməsi, amansızcasına qətlə yetirilməsi, kəndlərimizin ələ keçirilərək, dağıdılıb-məhv edilməsi, əhalimizə vəhşicəsinə divan tutularaq, diri-diri yandırılması, kütləvi şəkildə öldürülməsi, mühüm obyektlərin, o cümlədən dəmir yollarının, körpülərin partladılması və s.hallar artmış, Ermənistanda və Qarabağda ruslara, Kreml rəhbərliyinə qarşı etirazlar, ixtişaşlar daha da güclənmişdi.

Ermənilər Dağlıq Qarabağın Azərbaycandan "alınıb” Ermənistana verilməyəcəyi təqdirdə Moskvanı SSRİ-nin tərkibindən çıxacaqları ilə hədələyir, hətta bunun nümayişkaranə təsdiqi olaraq, "Hayastan”ın Amerikanın yeni - 51-ci ştatı kimi qəbul edilməsi üçün ABŞ prezidentinə müraciət də etmişdilər (hiyləgərliyə, "sabunsuz” diplomatiyaya bir baxın! Bu, ancaq xəyanətkar və hiyləgər erməni düşüncəsinin "bəhrəsi” ola bilərdi. SSRİ tərkibindən ayrılmaq istəyən, müstəqillik uğrunda mübarizə aparan heç bir digər xalqın – nə litvalıların, nə estonların, nə də biz azərbaycanlıların, hətta bizdən daha radikal və qətiyyətli olan gürcülərin də ağlına belə bir orijinal "ideya” gələ bilməzdi).

Bəs nə üçün ermənilərin özlərinin də Sovet qoşunlarının Yerevana hücumunu gözlədiyi halda birdən-birə hər şey gözlənilənlərin əksinə olaraq məhz onların xeyrinə, Azərbaycanın isə növbəti dəfə faciəsinə səbəb olan tamam başqa xarakter aldı – qoşun Yerevana yox, Bakıya yeridildi?

O zamankı Sovet mətbuatında bu, son günlərdə guya Bakıda erməni ailələrinə qarşı təzyiqlərin artması və hətta qətllərin törədilməsi ilə izah olunurdu. Əlbəttə, Dağlıq Qarabağda onlarla kəndlərimizin yerlə-yeksan olunması, yüzlərlə azərbaycanlının, xüsusilə də günahsız uşaqların, qadın və qocaların vəhşicəsinə öldürülməsi müqabilində Bakıda da tək-tük erməninin qətlə yetirilməsi istisna deyildi. Ancaq belə hallar bu gün elə Moskvada, Yerevanın özündə də olduğu kimi, adi məişət zəminində də baş verə bilərdi. Daha çox ehtimalla isə daşnakların 1988-ci ilin fevralında "uğurla” sınaqdan keçirdikləri "Sumqayıt ssenarisi” 1990-cı ilin ilk günlərində Bakıda da tətbiq olunmuşdu. Çünki Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri ermənilərə divan tutmağa, "qisas” almağa səsləyən neçə-neçə "qara plaşlılar” – erməni emissarları peyda olmuşdular. Azərbaycanca sərbəst danışan (onlar elə Bakı erməniləri olan daşnaklar da ola bilərdi) həmin "qara plaşlılar” gənclərimizi ermənilərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Moskva bu hadisələrin Azərbaycan Xalq Cəbhəsi tərəfindən törədildiyini göstərsə də, əslində müxalifət cəbhəsində olan bəzi sayıq ziyalılar bu cür təxribatların kimlər tərəfindən törədildiyini vaxtında başa düşərək, gənclərimizi hiyləgər daşnak təxribatına uymamağa çağırırdılar.

Lakin minlərlə həmvətənlərinin faciə və müsibətlərinin ağrı-acısını yaşayan gəncləri yaxşı düşünülmüş erməni təxribatından tam çəkindirmək heç də asan deyildi və yəqin ki, bunun nəticəsində o vaxt bir-neçə erməni bizimkilərin əli ilə "güdaza getmişdi”, ancaq bu, daşnakların Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı törətdikləri geniş miqyaslı amansız, qanlı cinayətlərin müqabilində çox cüzi bir şey ola bilərdi.

Lakin daşnaklar Bakıda adda-budda, bir-iki yerdə baş vermiş "erməni qətli”ni əlüstü "kütləviləşdirib”, siyasiləşdirməyə, onu Rusiya və dünya mətbuatına öz istədikləri, şişirdilmiş şəkildə çatdırmağa, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər. Bizim o zamankı "durbinsiz diplomatiyamız”ın uzaqgörməzliyi, vətənpərvərlik ideyası ilə deyil, "qoz-fındıq” düşüncəsi-ideyası ilə hərəkət edən respublika rəhbərliyinin siyasi diletantlığı, yalançı, həm də yabançı "kosmopolitizmi”, loyallığı şəraitində bu, ermənilər üçün heç bir çətinlik törətmirdi.

1987-90-cı illərdə mən Azərbaycan KP MK-nın "Vışka” qəzetinin Naxçıvan MR və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri işlədiyimdən (Boris Kevorkovla, qondarma DQR-in ilk və sonrakı "prezident”ləri Robert Koçaryan və Arkadi Qukasyanla həmin dövrlərdə görüşmüşdüm – bu haqda gələcək yazılarda) ermənilərin niyyətlərini və bizim haqqımızda fikirlərini öyrənmək, Qarabağ "münaqişə”si ilə bağlı onların, həmçinin Moskva jurnalistlərinin yazılarını izləmək məqsədi ilə o zaman Moskvanın ”Pravda”, "İzvestiya”, "Trud” qəzetləri ilə yanaşı Ermənistanın rusca nəşr olunan "Kommunist” qəzetinə də abunə yazılmışdım. "Sovetakan Karabax” qəzetinin rus versiyası isə mənə Stepanakertdən abunə olmadan, pulsuz göndərilirdi (xüsusi qeyd: Xankəndidən yox, Stepanakertdən. Nə vaxt o yerlərə Qələbə ilə qayıdıb, üçrəngli bayrağımızı o yerlərdə dalğalandırsaq, bax, onda o şəhər Xankəndi olacaq, ancaq nə qədər ağrı-acılı olsa da, bunu qəbul etmək istəməsək də, o şəhər hələlik Xankəndi yox, Stepanakertdir - R.O.). Hələ SSRİ dağılmadığından qəzetin hər nömrəsini 3-4 gün sonra da olsa, alırdım. 90-cı ilin yanvarından isə erməni "Kommunist”i böyük fasilələrlə gəlməyə başladı ("blokada” və s. söhbətlər yalan idi). Bizim üçün müdhiş faciəyə çevrilmiş 20 Yanvardan sonra həmin qəzeti Yerevandan ara-sıra göndərirdilər.

20 Yanvar müsibətindən çox sonra aldığım 14 yanvar 1990-cı il tarixli Eremənistan ”Kommunist”inə diqqətlə nəzər yetirərkən ermənilərin Qarabağ məsələsində nə dərəcədə tədbirli olduqlarına, hiyləgərlik "dühalarına” heyrətlənməklə yanaşı, eyni zamanda özlərinin onlara hələ lap qədim dövrlərdən xas olan saxtakarlıqlarını nədənsə bu dəfə böyük bir "səhv”ə yol verərək (bu, onlardan gözlənilməyən, "yolveriolməz” bir "səhlənkarlıq” idi), gizlədə bilmədiklərini, özlərini açıq-aydın ifşa etdiklərini, yırtıcı, iblis maskalarının arxasında necə gizləndiklərini aşkar edə bildim.

Yol verdikləri həmin səhvlə onlar bizə - Azərbaycana dünyaya danılmaz bir şəkildə bəyan edə bilməyimiz üçün nə cür "unikal bir şans" verdiklərini, çox qəribə də olsa, nədənsə ağıllarına gətirməmişdilər. Bəlkə də sonradan duyuq düşmüşdülər, erməni imicinə (əslində - murdar xislətinə) zərbə vurmuş qəzet redaktorunu və məsul katibi "erməniliyə yaraşmayan” siyasi səhlənkarlığa yol verdiklərinə görə bəlkə işdən də qovmuşdular. Hər halda bu, doğrudan da, ermənilərin sayıqlığı əldən verdikləri çox nadir bir haldır.

Məsələ ondadır ki, qəzetin həmin nömrəsinin eyni səhifəsində, lar yuxarı hissəsindəəsas informasiya olaraq SSRİ-nin satqın rəhbəri, başıbəla M.Qorbaçova ünvanlanmış müraciətdə Ermənistan SSR-in 11-ci çağırış Ali Sovetininin sessiyasında fasilə verilməsi erməni hiyləgərliyi ilə,saxtakarlıqla bir cür yozulur, sessiya haqqında elə həmin səhifənin aşağısında dərc olunmuş rəsmi məlumatda isə tamam başqa cür (olduğu kimi) əsaslandırılır.

"Armenpress”in rəsmi informasiyasında sessiya haqqında məlumatın sonunda qeyd olunur ki, deputat komissiyalarının "bəzi məsələlər" üzrə hazırlıq işlərinə yekun vurulması, Ermənistan SSR-nin konstitusiyasına dəyişiklik etmək üçün təkiflərin hazırlanması məqsədilə Ermənistan SSR Ali Sovetinin sessiyasında fasilə elan edilmişdir (rusca belə:«…на сессии Верховного Совета Армянской ССР был объявлен перерыв…»). Həmin informasiyada Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri barədə, çox qəribə də olsa, bircə kəlmə belə işlədilməmişdir.

Lakin bunun tam əksinə olaraq keçmiş SSRİ Ali Sovetinin bədnam sədri M.Qorbaçova ünvanlanmış müraciətdə isə Bakıda, eləcə də keçmiş Xanlar rayonunda, Azat, Getaşen və Kamo kəndlərində guya ermənilərin qırğınlara məruz qaldığı əsas gətirilərək, Ermənistan Ali Sovetinin sessiyasının öz işini dayandırmağa məcbur olduğu iddia edilir (rusca:«…Верховный Совет Армянской ССР вынужден был прервать заседание сессии»).

Sonra da əziz-xələf arvadı qatı daşnak Abel Aqanbeqyanın aspirantı və sevimli məşuqəsi olmuş, bu səbəbdən də ermənipərəstliyi ilə tanınan, Stavropol ermənilərinə külli-ixtiyar verən (məhz həmin bandit-rezervistləri bir-neçə gün sonra Bakiya 20 yanvar qırğını üçün göndərən) M.Qorbaçovdan "ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi” xahiş edilir. Və bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistan SSR Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu.

Budur erməni hiyləgərliyi, analoqu olmayan erməni saxtakarlığı. "Katastrofik nəticələrin baş verməməsi” deyəndə, heç şübhəsiz ki, ermənilər də, elə Qorbaçov özü də bunun ermənilər üçün baş verməməsini nəzərdə tuturdular. Yoxsa, anormal yox, normal dövlət başçısı bütün varlığı-yoxluğu yalan, saxtakarlıq, yaltaqlıq və qeyri-ermənilərə qarşı qətl və təxribatdan ibarət olan nankor, satqın ünsürlərə görə Bakı kimi gözəl, qədim, həm də beynəlmiləl bir şəhərə qoşun yeridib, onun günahsız oğul və qızlarını al qanına qəltan edərdimi, guya qarşısını almaq istədiyi "katastrofik nəticələrin” daha ağır və daha "katastrofik”, dəhşətli formada baş verməsinə yol verərdimi?

Qəzet 14 yanvar 1990-cı il tarixli olsa da, təbii ki, çapa bir gün əvvəl - ayın 13-də hazırlanmışdı və köməkçisi keçmiş Bakı ermənisi G.Şahnazarov olan M.Qorbaçova da elə həmin gün çatdırılmışdı. Məhz o gündən etibarən, ermənilərin xahiş etdikləri kimi - "təxirə salmadan” Bakıya hücum hazırlığına başlanılmışdı. Və qarşıdakı 6-7 gün bunun üçün kifayət idi. Son iki-üç gündə Azərbaycan Xalq Cəbhəsinin bu təxribatın, hücumun qarşısını almaq təşəbbüsü isə uğursuz oldu. Nəticədə 5-10 erməniyə görə Azərbaycan paytaxtında dəhşətli qırğın törədildi.

...Bu, növbəti qırğın idi. Qədim yurd yerlərimiz Göyçə və Zəngəzurda, Əskəranda başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və neçə-neçə el-obamızda respublikamızın bacarıqsız, qorxaq, Moskva qarşısında mütilik göstərən rəhbərləri K.Bağırov, Ə.Vəzirov kimilərin qətiyyətsizliyi, prinsipsizliyi, xalqa xəyanətləri üzündən baş vermiş müdhiş bir qırğın...







P.S. Ermənilər bu saxtakarlıq faktını - 20 Yanvar faciəsinin "təşəbbüskarları” olduqlarını heç zaman inkar edə, qətiyyən dana bilməyəcəklər. Çünki Ermənistan "Kommunist”inin (daha doğrusu - daşnaklarının) 14 yanvar 1990-cı il tarixli nömrəsi əlimizdədir. Həmin qəzet əsrlər boyu davam edən erməni riyakarlığının, saxtakarlığının inkaredilməz dəlil-sübutu kimi, bu gün də müəllif tərəfindən qorunub-saxlanılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq