Efirimiz işğal altındadır... - Şimal bölgəsində nə baş verir?

img

26-12-2017 [11:44]


Azər HƏSRƏT

****

Dostlar, yadınızdadırsa, ötən həftə radio almışdım. Kəndə apardım, doya-doya dinlədim. Bəri başdan deyim ki, əsasən Azərbaycan dövlət radiosunu dinlədim və sözün həqiqi mənasında feyziyab oldum.
 
Bu radio mükəmməldir. Bir məktəbdir bu radio. Hər yönüylə milli, səviyyəli, o bəzi özəl radiolardakı küçə danışığından və zirzibil xarici musiqidən uzaqdır. Yəni son zamanlar radiodan bu qədər zövq aldığımı xatırlamıram. Və hər kəsə tövsiyə edirəm ki, bu radionu dinləsin.

Fürsətdən istifadə edib efirdəki durumu da yoxlamaq qərarına gəldim və dəhşət məni bürüdü. Təsəvvür edirsinizmi, Xaçmazın Dədəli kəndində az qala İranın bütün radiolarını rahatca dinləmək mümkündür. Eyni zamanda Rusiyanın bir sıra radio kanalları hətta FM dalğasında əlçatandır. Hələ mən ərəb dilində radiokanalları demirəm. Üstəlik, dini kanallar da at oynadır. Bir sözlə, bizim kənddə Azərbaycana qarşı olan hər kəsin radiosunu dinləmək mümkündür.

Bu durumu informasiya məkanımıza təhlükə hesab edirəm. Yəni xarici və əsasən də zərərli radioların qarşısını almaq üçün imkan yoxdurmu doğrudan da?

Hə, yalnız bir şeyə sevindim ki, türkməncə də bir radio var efirdə. Onlara olar, özümüzünkülərdir.
Jurnalist dostlarımızdan məsələni ictimailəşdirməyi, uyğun dövlət qurumlarından açıqlama almağı xahiş edərdim. Efirimiz işğal altındadır.

Sözardı Gəncəbasar bölgəmizdə də Ermənistan və Gürcüstan radioları at oynadır. Bunu da o tərəflərdə olanda müşahidə etmişdim...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq