07-12-2017 [20:48]
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılır.
Bu, təbii ki, özünü avtomobillərin qiymətlərində də göstərəcək. Sözügedən qərar qüvvəyə minmədən artıq avtomobil bazarında qiymət artımı müşahidə edilir.
Mia.az xəbər verir ki, "Sputnik Azərbaycan"ın əməkdaşı Badamdarda yerləşən "Avtomobil satışı mərkəzi"ndə olaraq mövcud qiymətlərlə maraqlanıb.
Avtomobil alverçisi Adil Əliyevin sözlərinə görə, o, uzun müddətdir ki, avtomobil satışı ilə məşğul olur: "Son 2 ildə ölkədə onsuz da avtomobillərin qiyməti artmışdı və alıcı kütləsi çox az idi. Yeni qərar isə ölkədə avtomobil idarə edənlərin sayını kəskin şəkildə azaldacaq".
"Nazirlər Kabinetinin noyabrın 17-də verdiyi qərarına əsasən, 1,5 litrə qədər mühərrik həcmi olan avtomobillərin gömrük rüsumunda artım həyata keçirilməyəcək. Yəni, bu, o deməkdir ki, əhalinin çox hissəsi kiçik mühərrikli avtomobillərə üstünlük verəcək. Bunun müxtəlif səbəbləri ola bilər. Amma bu bahalaşmanın benzinin qiymətinə də təsiri istisnasızdır" — satıcı bildirir.
O deyir ki, hazırda qüvvədə olan qanuna görə, yeni avtomobillərin mühərrikinin həcmi 1500 kubsantimetrdən çoxdursa, hər kubsantimetr üçün 0,40 dollar, bir ildən artıq istismar olunmuş avtomobillərin mühərrikinin həcminin hər kubsantimetri üçün 0,70 dollar gömrük rüsumu alınır: "Yeni qanundan sonra isə, bu, ikiqat bahalaşacaq. Yəni, mühərrikinin həcmi 1500 kubsantimetrdən çox olan yeni minik avtomobillərinin idxal gömrük rüsumu kubsantimetr üçün 0,70 dollar, istismar olunan avtomobillərin mühərrikinin kubsantimetri üçün 1,2 dollar gömrük rüsumu hesablanacaq. Bu, o deməkdir ki, hazırda 50 min dollara satılan avtomobil 60 min dollara və daha baha satılacaq".
A. Əliyevin dediyinə görə, onsuz da bazarda alver azdır və alıcılar daha çox köhnə avtomobillərə üstünlük verirlər: "Alıcılar daha çox "Mercedes" avtomobilinin müxtəlif markalarını soruşur və alırlar. Alıcılarda belə fikir formalaşıb ki, avtomobil bu markadadırsa, deməli keyfiyyətlidir. Amma əslində bu avtomobillərin ehtiyat hissələri çox baha olur".
Digər satıcı Nizaməddin Abdulov isə deyir ki, alıcılar əsasən mühərrikinin həcminə fikir verərək avtomobil alırlar və daha çox kiçik mühərrikli avtomobillərə üstünlük verirlər: "Yeni dəyişikliyə görə, gömrük rüsumu artacaq və bu da o deməkdir ki, mühərrik gücü 2 olan avtomobillərin qiymətinə 2000 manat əlavə ediləcək".
Bazarda "Mercedes" avtomobillərinin 1991-ci ildən bu günə kimi olan bütün markalarını tapmaq olar. Məsələn, bazarda 1991-ci ilə aid "Mercedes 190"-ı 5000 manata, 2005-ci ilə aid "E 280"-ni 19-20 min manata almaq olar. Hazırda bazarda "Niva" və kiçik mühərrikli avtomobillərin satışı çoxluq təşkil edilir.
Satıcılar deyirlər ki, mühərrik həcmi 2-dən yuxarı olan avtomobillərin satışı bəzən aylar çəkir. Ən baha olan isə "Mercesed GL"-dir ki, 70 min dollara satılır.
Bazarda "Range Rover", "Porshe" və digər qiyməti baha olan avtomobillər satışa qoyulub. Amma satıcıların fikrincə, belə avtomobillər bazarda çox az satılır. Çünki bazara daha çox kasıb təbəqə gəlir ki, bu avtomobillərin qiyməti onların büdcəsinə uyğun olmur.
Satıcıların sözlərinə görə, alıcılar böyük mühərrikli avtomobil axtaranda dizellə çalışan avtomobillər axtarırlar: "Amma unudurlar ki, dizellə çalışan avtomobillərin ehtiyat hissələri daha bahadır. Məsələn, "Tayota" tez-tez xarab ola bilər, amma ehtiyat hissəsi o qədər baha deyil. Ancaq dizellə çalışan avtomobil xarab olanda, təmiri 2-3 min və daha çox pul tələb edir".
Bazarda avtomobillərin lizinq və kredit şərtləri də əlverişli deyil. Belə ki, 40 min manatlıq avtomobil 3 illik lizinqli satışla 58 min manata başa gəlir. Kreditlə avtomobil almaq isə daha çətindir. Belə ki, satıcıların sözlərinə görə, kreditlə avtomobil almaq üçün mütləq iş yerindən əmək haqqının məbləğini əks etdirən arayış olmalıdır.
Satıcılar onu da bildirirlər ki, gələn ilin yanvarından köhnə avtomobillərin də qiymətində artım müşahidə ediləcək. Məsələn bu gün 5000 manata satılan 1991-ci ilin "Mercedes"-i gələn il 7000 manata satılacaq: "Onsuz da bazarda vəziyyət gərgindir, gündə heç 5-6 avtomobil satılmır. Bu dəyişiklik bazarı donduracaq. Camaat ucuz, köhnə avtomobil alırdı, onlar da bahalaşacaq".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub