07-12-2017 [12:23]
Avropa Şurası Nazirlər Komitəsi hesab edir ki, Azərbaycan hökumətinin REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı ittihamlarının heç bir əsası yoxdur. Nazirlər Komitəsi İ.Məmmədov hələ də azad olunmadığına görə onun işinin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.
Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq, pozulması sayılmasına dair daha bir qərar qəbul edəcək.
Məsələ ilə bağlı deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətə üstünlük verir:
"Amma çox təəssüf ki, Avropa Şurasının hazırkı rəhbərliyi Azərbaycana qarşı çox aqressiv münasibət sərgiləməkdədir. Azərbaycan olmayan məsələlərdə ittiham edilir, ölkəmizə qarşı təhdidlər irəli sürülür. Sanki Azərbaycanın taleyi Avropa Şurasının ona münasibətindən asılıdır. Azərbaycan Avropa Şurasına könüllü surətdə qəbul olunub, bu cür təhdid və təzyiqləri qəbul etmir”.
A.Mirzəzadə bildirib ki, Azərbaycan öz vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsində daha çox maraqlıdır:
"Məhkəmə qərarı ilə həbs edilmiş bir nəfər Azərbaycan vətəndaşının məsələsini mühüm bir hadisə kimi beynəlxalq səviyyəyə qaldırmaq, onun təcili surətdə, hüquqi prosedur qaydalarını pozaraq, azad olunması tələbi yolverilməzdir. Azərbaycan bu cür münasibəti qəbul etmir. Avropa Şurasının bu cür münasibətini şərh edərkən, prezident İlham Əliyev bildirmişdi ki, "Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirəcək, nə də qazanacaq”.
Bu səbəbdən də biz Avropa Şurasında olmaqda və münasibətlərdə maraqlıyıq. Heç bir zaman Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təhdidləri qəbul etmirik. Biz dövlət kimi vətəndaşlarımızın hüquqlarının qorunmasının Avropa Şurasından daha çox marağındayıq. Dövlətimizin marağıdır ki, bu gün vətəndaşlarımızın təhlükəsizliyi qorunur, onların hüquqlarına, sosial problemlərinin həllinə diqqət ayrılır. Vətəndaşlarımızın 1 milyon 200 min nəfəri işğal olunmuş zonadan məcburi köçkün düşüb və onların yükü dövlətimizin çiyinlərindədir. Nədənsə, Avropa Şurası həmin 1milyon 200 min nəfərin taleyilə maraqlanmır. Nədənsə, Azərbaycanın torpaqlarının müəyyən hissəsinin işğalda olmasının səbəbini Ermənistandan bir dəfə də olsun soruşmur. Bu cür münasibəti qəbul etmək olmaz. Bununla belə, dövlətimiz istənilən məsələnin qarşılıqlı maraqlarla, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsində həmişə maraqlıdır”.
REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək