Diplomatlar vergidən azad olundu - Qərar verildi

img

01-12-2017 [12:57]


Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

Layihə səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA