BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı

img

27-03-2026 [20:18]


Səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA