Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO

img

28-03-2026 [00:24]


ABŞ-nin Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun təhlükəsizlik təminatları müqabilində Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb etdiyi barədə bəyanatını təkzib edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb. 

“Bu yalandır. Mən onun bunu dediyini gördüm. Onun belə deməsi təəssüf doğurur, çünki o, bunun doğru olmadığını bilir”, - Rubio bildirib.

ABŞ Dövlət katibi Zelenskiyə tamam başqa şey deyildiyini iddia edib: “Ona bəlli məsələlər deyilib: müharibə bitməyənə qədər təhlükəsizlik təminatları qüvvəyə minməyəcək”. 

Rubionun sözlərinə görə, təhlükəsizlik təminatı dedikdə müdaxilə etməyə və təhlükəsizliyi təmin etməyə hazır olan qoşunlar nəzərdə tutulur. 

“Ona çox aydın şəkildə deyilən və onun başa düşməli olduğu budur ki, təhlükəsizlik təminatları yalnız müharibə bitdikdən sonra verilir. Lakin bunun ərazinin təhvil verilməsi şərti ilə əlaqəsi yoxdur. Bilmirəm niyə o, belə şeylər deyir. Bu, sadəcə doğru deyil”, - Rubio bəyan edib/qafqazinfo.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA