"Mən idmançı adamam..." - Əhəd Abıyev jurnalistlə bağlı qalmaqaldan danışdı

img

29-11-2017 [17:02]


"Mən idmançı adamam, niyə əsa ilə gəzim?! Vaxtilə boksla məşğul olmuşam. İndi də ara-sıra rinqə çıxıram, telekanallarda mənim boksçularla qarşılaşmalarıma xalq dəfələrlə baxıb. İnternetdə bu videoların baxış sayı həddən artıq çoxdur. Bu cür sağlam adam haqda "xəstədir, əsa ilə gəzir” yazmaq düzgün olmaz”.

Mia.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında jurnalist Seymur Verdizadəni təhdid etdiyi bildirilən Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev deyib. O bildirib ki, S. Verdizadə ilə danışmayıb: "Mən o jurnalistlə danışmamışam, onu tanımıram, telefon nömrəsini də bilmirəm”.

Ə.Abıyevin sözlərinə görə, jurnalist onun müavini ilə danışıb: "Müavinə zəng edib deyib ki, əlində əsa gəzir. O da cavab verib ki, belə şey yoxdur”.

İcra başçısı daha sonra bunları deyib: "Hər bir insan xəstələnə bilər. Xəstəlikdən, iraq olsun, hətta ölümdən kimsə sığortalanmayıb, hamının başına gələn aqibətdi. Ona görə də biz gərək kimsənin xəstəliyi ilə zarafat etməyək”.

Ə.Abıyev "bu söz-söhbət çıxdıqdan sonra, Seymur Verdizadə ilə danışmısınızmı” sualına belə cavab verib: "Mən onunla niyə danışmalıyam ki? Onu tanımıram, tanımadığım adamla danışmağıma gərək görmürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA