30-10-2017 [22:56]
Məhəmməd Talıblı
İnsanların necə həyat yaşamaqları özəl seçimlə və talynin hökmü ilə bağlı məsələ kimi səciyyələnir. Mövzunun özü çox mübahisəlidir. "Az aşım, ağrımaz başım” prinspi ilə bomboz ömür sürməli, yoxsa yerə-göyə sığmayan iddianla "gecə yatmayan, gündüz oturmayan” qaynar həyat yaşamalı? Bu yaxınlarda Avropada (Qüdsdəki hərracda) zəngin bir insanın Albert Eynşteynin bir cümləsində gizlənən dahiyanə fikrinə 1 əsr sonra 1,5 milyon dollar ödəməsi bu mövzu ətrafında düşünmək fürsəti yaratdı.
Nisbilik nəzəriyyəsinin müəllifi Eyşteyn Nobel mükafatına layiq görülən zaman Yaponiyada mühazirələr oxuyurdu. Qaldığı otelə gələn zaman kuryer Eynşteynin qaldığı otağın qapısını döyərək bağlama gətirir. Buna görə kuryerə alimin bəxşiş verməyə pulu olmur.
Bunun əvəzində o, kuryerə qaldığı "Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini cırıb öz əli ilə alman dilində yazdığı bu cümləni verir: "Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşaiyyət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.
Bu fikirlə yanaşı başqa bir cümlə də yazılan həmin vərəqi kuryer lazımsız bir kağız olaraq evində saxlayıb. Bir əsr sonra həmin qeydləri isə satışa kuryerin yaxın qohumu çıxarıb.
Eynşteynlə kuryerin bu dialoqunda bir maraqlı nüans da var. Bəlkə də Nobel mükafatına layiq görülmə xəbərinə görə cibində pulu olmadığı üçün bəxşiş verə bilməyən Eynşteyn otelində qaldığı sahibkardan daha xoşbəxtdir?! Bəzən idarəolunan qədər idarəedən rahat olmur. Bəzən verən qədər alan zəngin olmur. Hər şey bu rolların ifadəetmə və doğurduğu məmnunluq gücündədir. Xoşbəxt olmaqdan daha çox, özünü xoşbəxt hissetmə bəzən xoşbəxtlik düsturu sayılar.
Dahiyanə belə bir fikir var: dahilər zamanlarında dərk olunmur. Doğrudan da Eynşteyn öz zəmanəsində bəxşiş verəcək qədər cib xərcliyi olmadığı halda, bir əsr sonra səsi eşidildi. Gələcək nəslin onu xatırlayacağı qədər ucadan gələn səsi var imiş. Eynşteyn kasıb olduğu halda səsi dünyaya çatdı. Gələcək nəsillər həmin uca səsi eşitdi. Qulağının dibində olan hökumət başçılarını və zənginliyin miqdarı ilə göz parıldadan maqnatların ürəyə toxunası bir cümləsini də görə bilmir. Lakin ötən əsrdən insanlığı silkələyə bilən Eynşteyn gələcəkdə yaşayacaq insanlara yaxın olacaq qədər nəfəsini duyura bilirdi. Belə insanların böyük maddi sərvətləri olmadığı halda, sərvətlilərə necə yaşamağın reseptini verə bilirdi.
Zənginlik mütləq mənada xoşbəxtlik gətirmir. İmkansız, sadə yaşayışı olan, nizamlı üslub seçən xoşbəxt insanlarımız az deyil. Həyatında hər şey öz rəfində və səliqəlidir. Zəngin oliqarxlar vardır ki, aylıq gəlirləri ağır çantalarda gəlir, lakin ailə-məişətdə mənəvi dəyərlər yox, kimin gecələr hansı mənzildə qaldıqları bilinmir. Gəlir gətirən konveyer maşını yalnız pul istehsal edir. Pulun çoxluğu isə istehlak mədəniyyətsizliyi ortaya çıxarır. Ömrünün sonuna qədər yalnız pul ağacının yarpaqlarının sayını necə artırmaq və "kübrəsini” necə minarallaşdırmaq kimi bir düşüncəsi var. Həyatını övladlarının hansı sərvət imperiyası qurması kimi bir işə sərf edir. Əslində həyatda insanın lazım olduğundan daha çox zəngin olması və onun doğurduğu rahatsızlıq insanın kürəyinə əlavə yük götürüb ömrünün sonuna qədər həmin yüklə yürüməsi kimi bir şeydir. Qazanmaq yolundakı bu cür qaçış bəzən fasiləsiz və estafetsiz baş verən əzablı bir prosesə çevrilir. Sonu görünməyən, hədəfi və miqdarı bilinməyən bir yüklə son mənzilə gedirsən.
Həyat yolunda böyük imtiyazlar uğrunda savaş və hakimiyyət hərisliyi insanları bir an belə sakitləşdirmir. Maddi sərvətin və hakimiyyət məsuliyyətinin gətirdiyi ağırlığa insanın zərif çiyinləri bəzən dözmür. Ürək ritmini sürətləndirən və bəzi xəstəliklərə yol açan iş gərginliyi insanların ölçüyəgəlməz ambisiyasını durdura bilmir. Lüks həyat və maddi zənginlik həyatda satınalma gücünə sahib olmanı sənə verir, lakin əvəzində mənəvi ehtiyaclarını və sərbəst zamanını xərcləmək hüququnu səndən alır. Və ya onu səndən uzaqlaşdırmaqla hüquqlarını məhdudlaşdırır. Səni daha çox məşğul edən maddi bütü qarşına qoyur. Buna məhəl qoymayan insan sərvət yarışında özünü xərcləmir. Həmin bütdən uzaq duraraq özgürlüyünü, ruhunu və gələcəyini qoruyub saxlayır. Lazım olduğundan yükü üzərinə götürmür.
Filosof Asif Atanın belə bir fikri var: "Əslində məntiqlə yanaşanda insanları döyə-döyə, boynuna qoymaqla gətirib hökmdar etməli idilər. Lakin insanlar özlərini hökmdar olmaqdan ötrü öldürürlər.”
Doğrudan da, insanların uğrunda savaş verdikləri bu məntiqdə başqa bir tərəf də var. Pozulan haqqı ortaya çıxarmaq və gəlir bölgüsünü ədalətlə həyata keçirmək üçün mənəvi-sosial və siyasi tələbatın olması naminə rahatlığının bir hissəsini çoxluğun maraqları uğrunda qurban verməlisən. Bu motivlə siyasi savaş aparanları da dərindən anlamaq lazımdır. Belə ictimai xadimlərə vətəndaşlar dərindən təşəkkür etməlidirlər. Onlar bataqlıqda olan insanları quru səhraya çıxarmaq üçün özlərini istismar edirlər. Bunlar fərqli insanlardır. Həyatda missiyaları və məqsədləri olan elita və ya əkselitadırlar.
Qarışqa ilə bir canlının dialoqu ibrətamizdir. Deyir, ay qarışqa, sən ki, bu qədər qum dənəciyin dağ ətəyindən bu başına yığmaqla təpə düzəldə bilmərsən. Hətta bütün ömrünü buna sərf etsən belə, yenə də buranın qumunu daşıyıb qurtara bilməzsən. Nədən bu işə ömrünü həsr edirsən? Qarışqa deyir ki, bilirəm, ömrüm buna yetməz, amma onu biləcəm ki, bütün ömrümü bir məqsədin həyata keçməsinə həsr etdim! Çünki, məqsədsiz və hədəfi olmayan bir ömür sürmək kompası olmayan bir gəmini idarə etmək kimi bir şeydir. Eyni günləri təkrar etməyin nə mənası? İki günü eyni cür keçənin bir zərər etdiyini anlamaq niyə bu qədər çətin olsun? Təbii ki, insana yaşam məmnunluğu gətirən və ictimai faydalı olmaqdan üstün bir şey ola bilməz.
Bill Qeytsin qab yumağı, zənginlərin 8 trilyonluq sərvət "piroqu” və qaçış
Zənginlikdə bir qaynarlıq var. Artan sərvət səndən daha məsuliyyətli və sürətli çalışmağı tələb edir. Gözüaçıq və məsuliyyətlə sərvətinin keşiyində durmağı istəyir. Əks halda sərvətin iflas seli səni tənəzzül dənizinə tökə bilər. Həmin dənizdə batmaq təhlükəsi sanki hər zaman "ayaqüstə yatmağı” tələb edir. Səni sərvətinin gözətçisinə çevrir. Dünyada zənginliyi ilə daha çox populyar olan insanların həyat yoluna nəzər salırsan: Bill Qeyts və Stiv Cobs! Onların sərvətlərinin artırması yollarındakı çabaları və "qaçışları” düşünmək üçün bizə material verir.
İşgüzar həyatla xeyli yüklənmiş insanlar stress atma çarəsini bir şeydə görürlər. Bəziləri bu zövqalma mənbəyini içkidə, qadınlarla təmasda, əyləncədə, musiqidə, mütailədə axtarır. Microsoft şirkətinin təsisçisi Bill Geyts dünyanın ən zəngin adamı olsa, da hər gün axşam evdə şam yeməyindən sonra qabları özü yumağı sevir. O, buna vaxt tapmaqla yanaşı, eyni zamanda xeyirli bir iş olduğunu da bildiyi üçün bunu edir.
Aparılan tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edən ən mühüm amildir. Adətən, ən yaxşı fikirlərin belə iş masası arxasında deyil, duş qəbul edəndə, ya da idman edəndə yarandığı deyilir. Bill Geytsin hər axşam qab yumaq vəzifəsini öz üzərinə götürməsi də əslində bu niyyətə xidmət edir. Çox maraqlıdır ki, dünyanın ikinci ən böyük varlı insanı olan B.Qeyts sərvətinin dəyəri 90 milyard dolları ötməsinə baxmayaraq, gənginliyin azaltmağın yolunu qab yumaqda tapır.
B.Qeyts öz vəsiyyətində yazıb ki, onun sərvətinin 95 faizi ölümündən sonra xeyriyyə layihələrinə sərf edilsin. Amma müqayisə üçün deyək ki, S.Cobs B.Qeytslə müqayisə olunacaq qədər xeyriyyəçi deyildi.
Dünyada gəlir bərabərsizliyi (Cini indeksi) ildən-ilə dərinləşir. Son iki ildə bu nisbət 18 faiz artaraq milyarderlərin dünya üzrə sərvətlərinin səviyyəsi 7,67 milyard dollara yaxınlaşıb. Bu sərvət artımı rifahı və rahatlığı nə qədər təminat altına ala bilib? Sərvət artımı həmin insanların maddi satınalma güclərini artırmaqdan savayı gözlənilən orta ömür müddətini nə qədər artıra bilib? Mənəvi zənginliklərini formalaşdırmağa və asudə vaxt "diliminə” nə qədər geniş imkanlar yaradıb? Mən düşünürəm ki, bir insan üçün sərvətin dəyəri onun artma faizində deyil, sahibinə və cəmiyyətə hansı səviyyədə xidmət gücündədir. Onu özünüz üçün vasitəyə çevrəndə, dəyəri sizə aid olur. Əks halda, o ,sadəcə sizin üçün əlavə yük və asılı olduğunuz tələ kimi həyatınızın müvazinətin pozur. Sanki, həyatınız Sərvət adında bir nəfər tərəfindən girov götürülüb. Necə istəyirsə, o cür də davranır. Qərarvermə hüququnuz və imkanınız əlinizdən alınıb. Ona görə, varlı olmaq azdır, varın həyat keyfiyyətinizin yaxşılaşdırmasına gücünü hiss etməniz lazımdır.
Maraqlıdır ki, varlılar və kasıblar arasında biri-birindən fərqli keyfiyyətlər mövcuddur. Nədənsə, kasıblar qənaət etmək, zənginlər daha da varlanmaq haqqında fikirləşirlər. Kasıblara elə gəlir ki, ağılsızlıqlarının əsas səbəbi pulsuzluqla bağlıdır. Varlılar isə elə qəbul edirlər ki, dünyanın bütün nadanlıqları yoxsulluqdan irəli gəlir.
Eynşteyn "sakit və qənaətcil” həyatı təqdir edəndə kasıb olmağı mütləq mənada nəzərdə tutmurdu. Varlı olub həyatında bütün "dilimlərin” bərabər və oxşar proporsiya ilə yerləşdirməsini düşünürmüş. Çünki zənginlik qəbahət deyil. Zəngin insanın əqli şüuru, kültürü, dünya nemətlərindən zövq alması, təhsili, geniş mütaliəsi olanda həmin sərvətə daha çox layiq olur. Bunlara həyatınızda yer olanda həm də uzunömürlü də ola bilərsiniz. Çünki tədqiqatlar da sübut edib ki, daha çox kitab oxuyanlar daha çox uzunömürlu olurlar. Bu mənada maddi təminat, sağlam həyat və mənəvi zənginlik hər bir normal insanın həyat kredosunda "sac ayaqlar” sayıla bilər.
Stiv Cobsun ambisioz hədəfləri və Eynşteynin sadə həyatı
"Apple” şirkətinin qurucusu, sonradan bir neçə milyard qazanandan sonra öz şirkətindən qovulan Stiv Cobsun sağlıq durumu çox pisləşmişdi. O bunu "süi-qəsd və nəfəskəsən zərbə” kimi qəbul etmişdi. Ömrünü baltalayan və rahatsızlığına səbəb olan hal idi. Sərvət artımını hədəfləyən bir insanın sağlıq durumu və özəl həyatı bəzən problemlər məngənəsində olur. S.Cobs Tomas Edisonun vaxtından bu yana "ən dahi ixtiraçı olaraq dünyanı barmaqlarımızın ucuna yerləşdirməyi bacarmasına” baxmayaraq (ifadə Stiven Spilberqə məxsusdur), hər zaman çıxa biləcəkləri yeni bazarlar haqda düşünürdü. Gəncliyindən başlamış ömrünün sonuna qədərki həyat səhifələrini varaqlayanda hər yerdə, az qala yuxusunda belə yeni biznes layihələri dominant olub. 23 yaşında (1996) ilk milyonunu, 25 yaşında isə ilk milyardını qazanan Jobs 2011-ci ildə planetin ən bahalı şirkəti olan "Apple”i (bazar dəyəri 526 milyard dollar) daha necə genişləndirmək haqda düşünürdü. Ömrünün sonuna yaxın yataqda olarkən, onu ziyarət edən, biznes dünyasında 30 il ona qarşı rəqib olmuş B.Qeytslə belə yeni layihələr haqqında danışırdılar. Onun özü də fərqində idi ki, yaşayaraq uğur qazanmır, uğur qazanmaq naminə yaşamağa "yox” deyə biləcək böyük risk edir. Risk üzərində qurulan və zənginliyin gətirdiyi narahatlıq onu asta yeriməyini mümkünsüz edirdi. Bunu aydın dərk edən S.Cobs 2003-cü ildə Harvard biznes məktəbinin tələbələri qarşısında çıxış edən zaman bu "sakit və qənaətcil” (Eynşteyn) həyata işarə edərək demişdi: "Mən asta yanmanın cəlbediciliyini anlayıram, lakin mən şəxsən böyük partlayışın tərəfdarıyam.”
Dünyada ağıllı və dərin fikir sahiblərinə ölçüyəgəlməz sərvət sahiblərinin xəfif bir qibtə hissləri olar. Onların ağlını satın ala bilmədikləri dahilərə qarşı gizli bir heyranlıqlarını şüuraltlarında saxlarlar. S.Cobs dünyanın ən zəngin insanlarından olmasına baxmayaraq, maddi baxımdan zəngin olmayan insanları özünün kumirləri hesab edirdi. O cümlədən elm adamlarından Eynşteynə, rəssamlardan Pablo Pikkasoya və Salvador Daliyə, siyasi xadimlərdən Mahatma Qandiyə...
"Sakit və qənaətcil” həyatlar "zəngin narahatlar” tərəfindən həsədlə və rəğbətlə qarşılanır.
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
RƏİS VƏ BİZNESMENLƏRİN GİZLİ İŞBİRLİYİ İFŞA OLUNUB - Prokurorluq detalları açıqladı
Fransada "Bert" fırtınası: 9 əyalətdə "həyat sönüb"
Saytlara pul ayrılacaq - Müsabiqə
Daşqın və sel olacaq - Xəbərdarlıq
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
Kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
Gürcüstan prezident seçkilərinə hazırlaşır
Estetik cərrah Ülviyyə İlyasovadan şikayət var - Səbəb + VİDEO
Səadət Partiyasının sədri istefa verdi, yeni sədr seçildi - "Səhhətim vəzifəmi icra etməyə mane olurdu" - FOTOLAR
Əli Əsədov qərar imzalayıb - Meşələrə vurulan ziyanla bağlı
Prezidentdən Kəlbəcərlə bağlı paylaşım - VİDEO
Film kimi qətliam: əvvəl ana, ana və bacısını güllələdi, sonra yeznəsi və... - Narkoman dəhşət saçdı (FOTOLAR)
Məktəblərdə dərslər başlayıb
Əsgərlikdən yayınmaq üçün dietoloq yanında getdi - Sürətlə kökələn şəxs cəzalandırıldı
Beyrut növbəti dəfə bombalanıb - Nəsrullahın köməkçisi öldürülüb?
Pakistanda əşirətlər arasında silahlı toqquşma: 92 nəfər öldürülüb, 200-dən çox yaralı var - Döyüşlər hələ də gedir
İsrail əsgərləri daha 12 fələstinlini həbs edib
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov