Hacıbala Abutalıbovun Müsavatla ulduzu barışmır - Piketə yenə razılıq verilmədi

img

30-10-2017 [18:20]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piketlə bağlı müraciətini cavablandırıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Müsavat Partiyasının noyabrın 3-də saat 15:00-da BŞİH inzibati binası qarşısında piket keçirilməsinə razılıq verməyib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qeyd olunub ki, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq yenidən piket üçün müraciət göndərib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA