Kreml sözçüsü: "Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi hazırlaşması iddiası doğru deyil"

img

15-02-2024 [15:29]


"Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi hazırlaşması iddiası doğru deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov ABŞ mətbuatında yer alan “Rusiya kosmosa nüvə silahı yerləşdirməyi planlayır” iddialarına cavabda deyib.

O bildirib ki, Ağ Ev bu cür uydurma iddialarla Konqresi Ukrayna, İsrail və Tayvana vəsait ayırmağa məcbur edir: "Bu cür aldadıcı oyunlar göz qabağındadır".

Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı"nın davam edəcəyini bildirən Peskovun sözlərinə görə, Ukraynada əməliyyat konkret hədəflərlə başlayıb, lakin Qərb və NATO ilə müharibə olaraq davam edir: "Bu səbəbdən əməliyyat lazım olandan daha uzun sürə bilər. Lakin bu, əməliyyatın məqsəd və nəticəsini dəyişə bilməz". 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR