Milli Şura mitinq keçirir - Polis təhlükəsizlik tədbirləri gücləndirdi

img

28-10-2017 [16:09]


Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirir.

Mia.az "Report”a istinadən məlumatına görə, aksiyaya Milli Şura üzvləri, müxalifətyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, Şuranın üzvləri Gültəkin Hacıbəyli və və Oqtay Gülaliyev çıxış edəcəklər.

Mitinqlə əlaqədar hüquq mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA