Ana və qızını vuran marşrut sürücüsü... - Prokurorluq və polis birgə məlumat yaydı

img

29-02-2016 [13:52]


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi "Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurmasıyla bağlı birgə məlumat yayıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, hadisə nəticəsində S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N.Hüseynovanın müalicəsi isə davam etdirilir:

"Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA