17-10-2017 [09:00]
Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqdakı ordusu peşmərgədən azad edilən Kərkük ətrafına yerləşib.
Mia.az xəbər verir ki, Amerika ordusunun bu qəfil həmləsi və rəsmi Vaşinqtonun hazırkı vəziyyətə baxışı ilə bağlı Türkiyənin araşdırmaçı jurnalisti Nevzad Çiçək maraqlı şərh verib.
Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ və İsrailin proseslərə müdaxilə edəcəyi gözlənilmir:
"Bəziləri İraq ordusuna çox ciddi dəstək verən "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalmayacağını düşünür. Ancaq nəzərə almaq lazımdır ki, "Haşdi Şabi" 60-dan çox qrupun bir araya gələrək, qurduğu güclü ordu halına gəlib. Düzdür, bu qrupu məzhəbçilikdə ittiham edənlər var. Lakin fakt odur ki, onlar bu iddianın təsdiqini tapmaması üçün son vaxtlar əllərindən gələni edirər.
Son Kərkük əməliyyatında da bunu təsdiqləyən görüntü vermədilər. Üstəlik, müxtəlif məzhəb və etnik qruplardan ibarət İraq parlamentinin də "Haşdi Şabi"yə baxışı yüksəkdir. Yəni bu gün artıq İraq ordusu dedikdə "Haşdi Şabi" və ya "Haşdi Şabi" dedikdə İraq ordusu başa düşülür. Bəli, bunlar bir-birindən fərqli deyillər.
Ona görə də ABŞ və ya İsrailin bu qrup üzərindən proseslərə müdaxilə etməsi mümkünsüzdür. Bu, Amerika üçün, onun İraqdakı ordusu üçün indiki mərhələdə uğurdan çox, zərər gətirər. Əksinə, məncə, ABŞ "Haşdi Şabi"nin İraq ordusuna yaxından dəstək verib, birgə əməliyyat keçirməsində daha çox maraqlıdır. Çünki Vaşinqtonun başqa marağı var".
Jurnalistin sözlərinə görə, Vaşinqton sadəcə referendum prosesində ona qulaq asmayan Bərzanini cəzalandırmaq istəyir:
"Düşünürəm ki, ABŞ-ın proseslərə hələlik seyrçi yanaşmasında əsas məqsədi referendum prosesi zamanı onu dinləməyən Bərzaninin burnunun əzilməsini görməkdir. İraq ordusu "Haşdi Şabi"nin simasında bunu edəcək. Lakin İraq ordusunun daha çox irəliləməsinə imkan verilməyəcək. Son anda ABŞ ortaya çıxıb, "ənənəvi xilasedici" rolunu oynayacaq".
Mia.az
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb