13-10-2017 [09:19]
Türkiyənin Suriyanın İdlib vilayətində əməliyyatlarını yerinə yetirəcək ilk zirehli hərbi maşınlar karvanı oktyabrın 13-ə keçən gecə iki ölkə arasındakı sərhəd məntəqəsini keçib.
Mia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.
Ərazidə olan Azad Suriya Ordusunun komandirlərindən Abu Xayro deyib ki, Türkiyənin 30-dək zirehli texnikası Bab əl-Həva keçid məntəqəsindən Suriya ərazisinə daxil olub.
Maşınların Şeyx Bərəkət deyilən yüksəkliyə doğru getdiyi xəbər verilir. Suriyanın şimal-qərbindəki bu yüksəklik kürd YPG silahlılarının nəzarətində olan Afrin ərazisinin yaxınlığındadır.
Qeyd edək ki, rəsmi Ankara ötən şənbə günü bəyan etmişdi ki, "deeskalasiya zonalarının” yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.
Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.
Maraqlıdır ki, Türkiyənin hərbi maşınlarını deeskalasiya zonalarının yaradılmasını qəbul etməyən "Təhrir əş-Şam" təşkilatının döyüşçüləri müşayiət edirlər.
"Reuters" yazır ki, bu fakt nəzərə alınarsa, hər iki tərəf arasında toqquşmaların olmayacağını güman etmək olar. Türkiyə ordusunun İdlibdə aparacağı əməliyyatlara onun "Fərat qalxanı" əməliyyatında iştirak etmiş qiyamçı qruplaşmalar da qoşulacaqlar. Bu qruplardan bəziləri bu bölgədə əvvəllər bir-birləri ilə vuruşublar.
Türkiyənin bir il əvvəl keçirdiyi "Fərat qalxanı" əməliyyatından məqsəd İŞİD-çilərin Türkiyə sərhədindən çıxarılması və eyni zamanda kürd YPG qüvvələrinin yeni ərazilər tutmasının qarşısının alınması idi.
Birləşmiş Ştatlar tərəfindən dəstəklənən YPG qüvvələri Suriyanın şimal-qərbindəki əksər ərazilərə nəzarət edir. Kürdlər bu ərazini Afrin bölgəsi ilə birləşdirməyə can atırlar.
Türkiyə YPG-ni ona düşmən olan PKK kürd separatçı təşkilatının Suriya qolu hesab edir. Gecə Suriya girən ordusunun isə Şeyx Bərəkətdə mövqe tutulması isə Afrinin üç tərəfdən mühasirəyə alınması deməkdir...
Mia.az
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək