23-09-2017 [16:28]
Dövlət ali məktəblərində müxtəlif kateqoriyadan olan tələbələr arasında müəyyən güzəştlərə malik olan gənclər var. Məsələn, məcburi köçkün tələbələr dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil aldıqları müddətdə ödənişdən azaddırlar.
Maraqlıdır, hazırda ali məktəblərdə nə qədər məcburi köçkün gənc təhsil alır?
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova:
"Ümumiyyətlə, ali təhsil müəssisələrində 4 kateqoriya üzrə güzəşt mövcuddur. Bunlar qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları və valideyn himayəsindən məhrum olanlardır. Bu kateqoriyadan olan tələbələr təhsil haqlarından azaddırlar.
Qeyd edilən kateqoriyadan olan tələbələrin universitetimiz üzrə ümumi sayı 1535 nəfərdir. Bu il qəbul olunanların sayı isə 515 nəfərdir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:
"Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat səviyyəsində II, III, IV kurslar üzrə 340 nəfər, magistr səviyyəsində 28 nəfər məcburi köçkün tələbə ali təhsil alır. 2017-2018-ci tədris ilində isə ali təhsilin bakalavriat səviyyəsinə 155, magistr səviyyəsinə isə 19 nəfər məcburi köçkün tələbər qəbul olunub”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:
"Hazırda Azərbaycan Texniki Universitetində 326 nəfər qaçqın və məcburi köçkün olan tələbə təhsil alır. Əyani və qiyabi şöbələr üzrə Nəqliyyat fakültəsində 62, Elektrotexnika və energetikada 49, Radiotexnika və rabitədə 45, Maşınqayırmada 60, Metalurgiyada 37, Avtomatika və kompyuter texnikasında 140, Mühəndis biznesi və menecmentdə 14, Xüsusi texnika və texnologiya fakültəsində 3 məcburi köçkün tələbə var. Bu il AzTU-ya ümumilikdə 89 nəfər məcburi köçkün tələbə qəbul olunub”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:
"Bu il ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 2471 bakalavr qəbul olunub. Onlardan 885-i ödənişli əsaslarla, 1586-sı isə dövlət hesabına təhsil alır. Magistr səviyyəsinə isə 512 nəfər qəbul olunub. Onlardan 231-i dövlət hesabına, 281-i isə ödənişli əsaslarla təhsil alır. Bu il qəbul olanlardan 124 bakalavr, 21 magistr məcburi köçkün tələbələrdir. 10 bakalavr, 2 magistr valideyn himayəsindən məhrum olanlardır. 16 bakalavr isə şəhid ailələrinin övladlarıdır. Bu tələbələr təhsil aldıqları müddətdə təhsil haqlarından tamamilə azaddırlar”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva:
"AzMİU-da ümumilikdə 789 nəfər məcburi köçkün təhsil alır. Onlardan 138 nəfəri bu il daxil olub. 24 nəfər abituriyent isə ali məktəbimizə qəbul olunub, amma qeydiyyatdan keçməyib. Onlar ödənişli əsaslarla daxil olan şəxslərdir ki, maddi imkansızlıq ucbatından, təhsil haqqını ödəyə bilmədikləri üçün oxuya bilmirlər”.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:
"ATU-da ümumilikdə 326 məcburi köçkün təhsil alır. Bu il isə 62 məcburi köçkün tələbə qəbul olunub. Qeyd edim ki, bu tələbələr güzəştli kateqoriyaya daxildirlər və təhsil haqlarından tamamilə azaddırlar”.
modern.az
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək