25-04-2017 [11:52]
Bakı şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəhbəri Qüdrət Şükürov neçə gündür keçmiş qudasının və kürəkəninin mətbuatda barəsində açıqladığı korrupsiya faktları ilə üz-üzə qalıb. Bir neçə gündür medianın əsas manşetlərini bu məsələ tutub.
Əhvalat isə belə başlayıb ki, Q.Şükürovun bir dəfə evli olmuş qızı Aysel Şükürova yenidən ailə qurub. Ailə qurduğu şəxs isə hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun qohumudur. Toy Bakının hazırda ən elitar və ən bahalı şadlıq sarayı olan "Böyük Saray”da baş tutub.
Bu toy barədə mətbuat yəqin ki, xəbər tutmazdı, əgər Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli bu haqda aləmə car çəkməsəydi. Əvvəlcə mətbuatda Qüdrət Şükürov qızının toyuna 400 min manat xərc çəkdiyini yazmağa başladılar.
Lakin daha sonra qalmaqal qızışdı. Keçmiş kürəkəni Qüdrət Şükürov barədə kompromatlar açıqlamağa başladı. Belə məlum oldu ki, Şükürovun qızının əri əsgərlikdə olanda özünə yeni sevgili tapıb. O da üzə çıxdı ki, Şükürov yeni kürəkəninə son model "Porcshe” bağışlayıb və s.
Bundan başqa, Şükürovun keçmiş qudası Rafail Əsgərov onun İstanbulda "Koru-Florya”dan 1.7 milyon dollara iki mənzil aldığına şəxsən şahidlik etdiyini bildirib. Əsgərov mütəlif istansiyalara göndərdiyi məktubunda yazıb ki, 2013-cü ilin aprelində qudasının təklifi ilə onunla birlikdə Moskvaya gedib. Şükürov orada "Otis lift”in baş direktoru Vardan Avakyanla görüşərək müqavilə bağlayıb. Daha sonra İstanbula uçub və "Koru-Florya”dan iki mənzil alıb.
Mənzillərin pulunu isə "Otis Lift”in Andrey adlı əməkdaşı "otkat” olaraq köçürüb…
Mətbuat Qüdrət Şükürov və ailəsi, onun keçmiş kürəkəni ilə münasibətləri barədə də xeyli şeylər yazıb. Bunlar haradasa ailədaxili münaqişə kontekstində dəyərləndirilə bilər və ciddi mətbuatda ictimai müzakirəyə çıxarılmağa layiq məsələlər deyil. Əsas məsələ şübhəsiz ki, Qüdrət Şükürovun zəngin həyat tərzi, malik olduğu sərvət və dəbdəbənin mənbəyidir.
Bəs vəzifəcə balaca olan, ayda 550 manat maaş alan məmur Qüdrət Şükürov bu cür dəbdəbəli həyata necə nail olub?
Görünür hər gün Q.Şükürovun vəzifəsindən sui-istifadə edərək əldə etdiyi pullar haqqında mətbuatda yazıların dərc edilməzi adıçəkilən şəxsi yamanca narahat edib.
Elə bu səbəbdəndir ki, Şükürov pulu ilə ala biləcəyi media orqanlarına adamlarını göndərməyə başlayıb.
Belə ki, Skrom.Net-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Şükürov media üçün "kisəsinin” ağzını açıb və barəsində dərc edilmiş yazıları bir çox tirajlı saytdan çıxartdırıb.
Həmin saytlar ölkədə yetərincə oxucu sayına malik olduqları üçün onlarla bir neçə min manat pul müqabilində anlaşma edilib. Anlaşmaya əsasən bu günə qədər Şükürov haqqında dərc edilən bütün yazılar saytlardan silinib və dayandırılıb.
Bakı sakinlərini xarab, çürümüş lifdən istifadə etməyə məcbur edib əvəzində öz cibini dolduran Şükürov isə öz işinə davam edir.
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb