11-03-2017 [17:46]
Sabir RÜSTƏMXANLI,
Vətəndaş Həmrəyliyi Partiyasının sədri
İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu.
Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər?
Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?
Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, "biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, "dilimiz türk dili deyil”; biri deyir, "türk mahnıları bizim "bülbül cəh-cəhlərimizi" yarımçıq qoydu”; biri deyir, "türklər bizim düşmənimizdir”; biri deyir, "türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”; biri deyir, "Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşizm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, "bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir" və s.
Görəsən, bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini – Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…
Kim nə deyir-desin, məncə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək. Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, "beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün minlərlə adam "rusam”, "ləzgiyəm”, "avaram”, "talışam”, "kürdəm” deyir. Çox gözəl. Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…
Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqətikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?
Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə "Rəhbərə salam" şerini oxumuşdu: "Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından"; Heydər Əliyev Türkiyəyə xitabən "biz bir millət, iki dövlətik" demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?
Bəli, "azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. "Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.
Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi cildində oxuyuruq: "Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir". Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və b.
Milli Ensiklopediyanın 2-ci cildində isə qısaca, lakin yenə eyni məlumat təkrar edilir: "Əhalinin 90 faizini azərbaycanlılar, 2,2 faizini ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 1 faizini talışlar və s. təşkil edir”.
Çox bəsit bir sual çıxır ortaya: əgər azərbaycanlı birləşdirici bir kəlmədirsə, onda bəs bu xalqlar niyə özlərini azərbaycanlı yazdırmayıblar? Əgər onlar Azərbaycan vətəndaşı ola-ola öz etnik kimliklərini gizlətmirlərsə və bundan dünya dağılmırsa, onda yerdə qalan 9 milyonun öz milli və ya etnik kimliyini söyləməsində nə qəbahət var? Azərbaycanlı, yəni Azərbaycanda yaşayan! Biz Azərbaycanda yaşamaqla yanaşı, həm də öz adımız var: Türk! Türk kimliyimiz və Azərbaycan vətəndaşlığımız cahillərin müzakirə mövzusuna çevrilməməlidir!
Bu, o qədər aydın olan bir məsələdir ki, müharibə şəraitində, bu qədər ayrı problemimiz ola-ola bu mübahisələri ortaya atmaq özümüzü gülüş hədəfinə çevirməkdir. Kim özünü türk saymır, saymasın, gözümüz üstə yeri var, amma bütöv bir milləti də yox saya bilməz…
Əslində bu mübahisələr adamların savadsızlığını göstərir, bəlli olur ki, bunlar elə bilirlər, yeni nə isə icad ediblər. Halbuki, böyüklərimiz, o cümlədən M.Ə.Rəsulzadə ötən əsrin otuzuncu illərində azərbaycançılığın əhəmiyyətini geniş təhlil eləmişdi, lakin onlar azərbaycançılığı türkçülüyə qarşı qoymur, bunu vəhdətdə götürürdülər.
Düzü, bu boyda yazı-pozu içində məni ən çox heyrətləndirən akademik Çingiz Qacarın qeydləri oldu. Və millət vəkili Fazil Mustafa onun layiqli cavabını verib, lakin məsələ təkcə bir akademikin savadsız müsahibəsində deyil. Əsas məsələ bu yaşda adamın öz xalqına belə vəhşi nifrətində, məsuliyyətsizliyi və belə açıq böhtan atmaq cəsarətindədir. Hörmətli alimimiz məni bağışlasın, onun sözləri yuxu sayıqlamarına bənzəyir, heç bir ciddi adam belə sərsəm söz söyləməz. Başa düşmürəm, bunların qəsdi nədir? Siz nə haqla Azərbaycanı dünyadakı yeganə etibarlı və sadiq dostundan, qardaşından məhrum etmək, araya düşmənçilik salmaq istəyirsiniz? Axı siz uşaq deyilsiniz və məncə, tarixi də pis bilmirsiniz. Bu barədə xeyli əsəriniz var. Lakin bu sizə haqq vermir ki, erməni mövqeyindən fərqli olmayan bir mövqedən, belə türk düşmənçiliyi üfunəti yayasınız!
Ay hörmətli Qacar nəslinin nümayəndəsi, Türkiyə bizə heç bir yardım eləməsə də, yanaşı olmağımız yetərlidir. Mən hələ 1918-ci ildə Türk-İslam Ordusunun Azərbaycanın yardımına gəlməsə, Bakının taleyinin necə olacağını demirəm. Bunu siz də çox gözəl bilirsiniz! Türklər gəldi, bizi xilas elədi, ardınca Qızıl Ordu gələndə nə oldu? Şuşada təkcə sizin nəsildən üç general öldürüldü. Yox, güllələrinə qənaət məqsədilə onları güllələmədilər, tikə-tikə doğradılar. Nə yaxşı yenə onların ayağından öpməyə hazırsınız?
Bu gün Azərbaycanda 1920-ci ilin 28 aprelinin, 1990-cı ilin Qanlı Yanvarının təkrarlanmasını istəyənlərin sayı artır. Buyursunlar. Biz türk olaraq hədəfinizdəyik. Ancaq şükür ki, tarix və millət öz hökmünü verib. Bu gün bütün sizin kimi seperatizm yavrularının, azərbaycançılıq adı altında etnik türkü yox sayanların, Rusiya və İran gizli agenturasının tula payı ilə yaşayanların avantürist yazılarına, xalqı aşagılamaq cəhdlərinə baxmayaraq, xalq öz dövlətinin arxasındadır! Müstəqil dövlət onlara istədikləri şəkildə gün ağlaya bilməsə də, onlar bəzi akademiklər və millət vəkilləri kimi gözlərini yumub ağızlarını açmırlar, dövlət üçün hansı sözün və mövqeyin təhlükə yarada biləcəyini sizdən daha yaxşı bilir və bu məsələlərə daha məsuliyyətlə yanaşırlar…
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
RƏİS VƏ BİZNESMENLƏRİN GİZLİ İŞBİRLİYİ İFŞA OLUNUB - Prokurorluq detalları açıqladı
Fransada "Bert" fırtınası: 9 əyalətdə "həyat sönüb"
Saytlara pul ayrılacaq - Müsabiqə
Daşqın və sel olacaq - Xəbərdarlıq
"Kartdan karta" üsulu ilə işləyən daha 258 sahibkar cərimələnib
Kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb
Bu ölkələrdən ölkəmizə ət məhsullarının idxalına məhdudiyyət qoyulub
Gürcüstan prezident seçkilərinə hazırlaşır
Estetik cərrah Ülviyyə İlyasovadan şikayət var - Səbəb + VİDEO
Səadət Partiyasının sədri istefa verdi, yeni sədr seçildi - "Səhhətim vəzifəmi icra etməyə mane olurdu" - FOTOLAR
Əli Əsədov qərar imzalayıb - Meşələrə vurulan ziyanla bağlı