22-02-2017 [14:16]
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Məhkəmə prosesi "Yeni Yasamal"MTK epizodu üzrə davam edib.
Xatırladaq ki, epizodda həmin MTK rəhbəri Cahangir Alışov istintaq ifadəsində Çovdarov və onu dəstəsinin ondan 500 min dollar tələb etdiyini və hədə-qorxu ilə 350 min dollar verdiyini bildirib.
Prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edərək bildirib ki, "Yeni Yasamal" MTK-ın rəhbəri Cahangir Alışov barəsində KİV-də dələduzluq faktı ilə bağlı yazılar çap olunub və həmin yazıları məhkəməyə təqdim elədik: "Məhkəmədən xahiş etdik ki, hökm çıxarılan zaman Cahangir Alışovun xarakterizə olunan məlumat kimi qeyd edilsin".
Vəsatət təmin edilib.
Bundan sonra həmin epizod üzrə şahid qismində Cəfər Cəfərzadə ifadə verib. O, bildirib ki, Cahangir Alışov Mehdiyev adlı şəxsdən mənzil alıb:" Cahangir həmin mənzili Akif Çovdarova və Nurxan müəllimə göstərib. Əvəzində isə Alışov həmin şəxsə Karvansaray Ticarət Mərkəzində iki ədəd mağaza verib".
Vəkil həmçinin qeyd edib ki, Cahangir Alışov şahidin ifadəsini təsdiq edib: "Bizdə onun yadına saldıq ki, istintaq vaxtı 6 evi və bir yaşayış sahəsinin 3 ədədi 157 min manata satıb və həmin pula 130 kv ev alıb".
Cahangir Alışov istintaqa verdiyi ifadəni təkzib edib və şahidin dediklərini təsdiqləyib.
Daha sonra şahid qismində Təranə Əmircanova dindirilib. O, Akif Çovdarovun kürəkinin bacısı olduğunu deyib:""Yüksəliş Ç"-dən dəyərini verməklə ev almışıq. Həmin mənzili qardaşım mənə göstərdi. Xoşuma gəldi, pulu qardaşıma verdim. Daha sonra firmadan Samir adlı şəxs gəldi. Hazır müqavilə gətirdi imzaladıq, iki gündən sonra ödəmə qəbzini də verdi. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Həmin mənzili pulunu ödəmişəm. Evi Akif Çovdarovun hədə-qorxusu ilə deyil, öz istəyimizlə almışıq".
Bundan sonra şahid qismində Faiq Mahmudov ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib.
Prosesdə fasilə elan edilib.
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi