25-09-2016 [18:25]
Seymur VERDİZADƏ
Valeh müəllim sovet dövründə birinci katib, müstəqillik illərində isə icra başçısı işləyib. Dərin savadı, xüsusi qabiliyyəti olmasa da, ömrünün yarısından çoxunu məsul vəzifələrdə keçirib. Əmrə müntəzir adam olduğu üçün çoxları onun ölənə kimi vəzifədə işləyəcəyini düşünürdü. Amma bir gün Valeh müəllimi işdən çıxardılar. Qonşular bu xəbəri televiziyadan eşitsələr də, qulaqlarına inana bilmirdilər...
İşdən çıxıb məhəlləmizdəki təqaüdçülərin cərgəsinə qoşulandan sonra mən Valeh müəllimi tez-tez görürdüm. Hər dəfə qarşılaşanda dərindən ah çəkib, belə deyirdi: "Ayağımın altını öz müavinim qazdı. Gərək, ona inanmayaydım”.
Valeh müəllimə təsəlli vermək üçün söz ehtiyatımı işə salsam da, bunun xeyri olmurdu. Onun çöhrəsi həmişə tutqun olur, məhəllədə ruh kimi dolaşırdı. Kişinin cəmi bir neçə ay ərzində əməlli-başlı arıqladığı qonşuların nəzərindən yayınmadı. Bir gün işdən qayıdanda məhəllə sakinlərinin öz aralarında "simsiz teleqraf” adlandırdıqları Güldəstə arvad qabağımı kəsdi: "Deyirlər ki, Valeh müəllim pis xəstəliyə tutulub”.
Ona məsləhət gördüm ki, şayiələrə inanmasın. Amma yenə əl çəkmədi: "Bəs niyə bu qədər arıqlayıb? Rəngi də kömür kimidi...”.
Qadın xeylağı ilə mübahisəyə həvəsli olmadığım üçün ağlıma gələn ilk versiyanı dedim: "Valeh müəllimi işdən çıxardıqları üçün əldən düşüb. Sabah ona vəzifə versələr, bir-iki aya dımbıl kimi olacaq”.
Ertəsi gün məhəlləmizdə hamı Valeh müəllim üçün qoyduğum "diaqnoz”dan danışırdı. Eşitdiyimi görə, Valeh müəllimin həyat yoldaşı Aybikə müəllimə mənim "diaqnozumla” tanış olandan sonra bərk əl-ayağa düşüb. O, qohum-qardaşı bir araya cəm edərək, iki ayağını bir başmağa dirəyib ki, ərinin müvafiq bir vəzifəyə təyinat alması üçün təcili hərəkətə keçsinlər.
Bu hadisə 2009-cu ilin payızında baş versə də, o vaxt Valeh müəllimlə eyni binada yaşadığımız üçün sonrakı ardıcıllığı dəqiq xatırlayıram. Bir gün eşitdik ki, Valeh müəllim qohumlarının köməyilə nazirliklərin birində şöbə müdiri vəzifəsinə təyinat alıb. Sovet hökuməti dağılandan sonra həmin nazirliyin səlahiyyətləri digər dövlət qurumlarının arasında bölüşdürülsə də, Hökumət Evində yerləşən bir idarədə işə düzəlməsi kişinin həyatında müsbət dönüş yaratdı. Tezliklə qəddi düzəldi, sifətinin rəngi dəyişdi, çənəsinin altında yumruq boyda piy düyünləndi. Maraqlısı isə o idi ki, çəkisi ilə birlikdə çevikliyi də artmışdı. Onlar təzə mənzilə köçməmişdən üç-dörd gün əvvəl biz axırıncı dəfə qarşılaşanda yanımdan o qədər sürətlə keçmişdi ki, salam verməyə macal tapmamışdım...
...Tələbə dostum Çingiz Bayramovla birlikdə üç gün əvvəl Fəvvarələr Meydanında gəzəndə Valeh müəllimin bacısı oğlu Şəmşirlə qarşılaşdıq. Hal-əhval tutandan sonra dayısını xəbər aldım. Şəmşir təəccüblə üzümə baxıb, belə dedi: "Dayım iki ay əvvəl dünyasını dəyişib”.
Şəmşirə başsağlığı verəndən sonra Valeh müəllimin hansı xəstəlikdən vəfat etdiyini soruşdum. Cavabı belə oldu: "Yaxşı idi. Yetmiş yaşı tamam olduğu üçün iki ay əvvəl işdən çıxardılar. Ürəyi tab gətirmədi...”.
Yadıma 7 il əvvəlki söhbət düşdü. O vaxt qonşular danışırdılar ki, Valeh müəllim pis xəstəliyə tutulub, bu gün-sabah öləcək. Amma "pis xəstəliyə” tutulan bu adam nazirlikdə işə düzələndən sonra 7 il yaşadı. Kim bilir, bəlkə işdən çıxarmasaydılar, bundan sonra ən azı 7 il də yaşayacaqdı...
Elə adamlar var ki, onların ömrü tutduqları vəzifənin ömrü qədərdi. Buna görə də vəzifədən ikiəlli yapışırlar...
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi