23-09-2016 [14:14]
Seymur BAYCAN
Baron Holbax "Saray əyanlarının yaltaqlıq sənəti" adlı essesində yazır:
" ... Bütün incəsənət növləri arasında ən çətini yaltaqlıqdır. Bu ilahi sənət nümunəsi bəlkə də insan şüurunun əldə etdiyi ən möhtəşəm nailiyyətidir. Təbiətcə bütün insanların qəlbində mənlik, özünə hörmət, təkəbbür və qürur hissləri məskunlaşıb və ona verilmiş bütün keyfiyyətlər arasında ən çətin ram edilənləri də məhz elə bunlardır. Ruh onu əzməyə çalışan bütün hər şeyə qarşı üsyan edir, hər dəfə bu həssas yerləri yaraladıqda, buna həmən kəskin cavab verir. Və əgər lazımi anda bu güclü hərəkətverici qüvvəyə qarşı mübarizə aparmasan, onu dəf etməsən, əzməsən, ona nəzarət etmək mümkünsüz hala çeviriləcək. Məharətli saray əyanını digərlərindən fərqləndirən cəhət, məhz belə qəhrəmancasına apardığı bu səylərin, döyüşlərin və qazandığı qələbələrinin nəticəsində başa gələr və o elə bir duyğusuzluğa nail olar ki, bu onu böyük bir nüfuza, hörmətə və şan-şöhrətə aparıb çıxarar. Özü kimilər ona paxıllıq edər, qara camaat isə heyranlıq.
Öz üzərində zəfər çalmaq və qəlbindəki hisslər üzərində tam qələbə qazanmaq imkanı yalnız və yalnız saray əyanına verilib. İdeal saray əyanı bütün insanlar arasında şübhəsiz ən çox təəccüb doğurandır. Gəlin möminlərin özlərini ilahi qüvvəyə fəda etmələri haqdakı söhbətlərə artıq son qoyaq. Əsl fədakarlıq saray əyanının öz ağasına etdiyidir. Görürsüz onun qarşısında necə əyilir. O, tam bir makinaya çevirilir, daha doğrusu o, artıq heçnədir, ağasından öz varlığını gözləyir, onun üz cizgilərindəki ifadələri təxmin etməyə çalışaraq, dərhal buna uyğun öz sifətini də dəyişir. O, yumşaq mum kimidir, ağasının ona vermək istədiyi bütün formaları almağa hazırdır.
Mahir saray əyanının heç vaxt şəxsi fikri olmamalıdır, onun mövqeyi yalnız ağasının və yaxud nazirin fikirlərinə uyğun gəlməlidir və bunu öncədən duyması üçün həmişə öz arifliyini yerindəcə işə salmalıdır. Bu da insan qəlbinə dair dərin biliklərin və nöqsansız təcrübənin nümunəvi göstəricisidir. Uğurlu saray əyanı heç vaxt haqlı olmalı deyil, ağasından daha ağıllı olmaq onun üçün tamamilə yasaqdır. O, qəti şəkildə bilməlidir ki, Əlahəzrət və vəzifəli şəxs heç vaxt yanıla bilməz. Düzgün tərbiyə görmüş saray əyanının mədəsi kifayət qədər güclü olmalıdır ki, hökmdar tərəfindən edilən bütün təhqir və aşağılamaları həzm edə bilsin. Uşağlıq çağından öz sifət quruluşuna nəzarət etməyi elə öyrənməlidir ki, onun sifəti ürəyinin daxilindən gələn sirli hərəkətlərinə xəyanət etməsin və ya işdir birdən qəlbində təhqir hissi baş qaldırsa, qeyri-ixtiyari olaraq bundan əzab çəkdiyi üzündə aşkar edilməsin. Saray həyatında yaşaya bilməsi üçün sifətinin əzələləri üzərində tam nəzarət elə mükəmməl olmalıdır ki, ağız-burnunu büzmədən ən qanlı-tikanlı acıları belə qəbul edə bilsin. Vəziyyətə uyğun əhvalı dəyişən və yaxud da hər şeyə həssaslıqla yanaşan, qaşqabaqlı adam heç cür belə uğur qazana bilməz. Doğurdan da o kəslərin ki əlində hakimiyyət olur, belələri kimisə acıladıqda həmin adamın bundan əziyyət çəkməsini və yaxud da şikayətlənməsini adətən çox pis qəbul edirlər.
Saray əyanı dostluq adı altında dayanmadan öz rəqiblərinin başları altına yastıq qoymağı bacarmalı, ən çox nifrət etdiyi şəxslərin qarşısında məsum və mehriban bir sifət qurmalı, boğmağa hazır olduğu düşmənini nəvazişlə qucaqlamalı və nəhayət, ən azğın yalanlarını elə uydurmalıdır ki, üzündə heç bir dəyişiklik hiss olunmasın.
Saray əyanının böyük ustalığı ağasının zəif damarını tutmaq, onun bütün şıltaq istəklərini və pis vərdişlərini öyrənməkdən ibarətdir. Yəni, mütləq onun qəlbinə açar tapmalıdır. Əlahəzrət qadınlarla əylənməyi xoşlayırsa, deməli onun üçün qadın təşkil etməlidir. İmanlı dindardısa, özü də dindar olmalı, ya da buna uyğun riyakarlıq etməlidir. Hər şeydən qorxan qəlbiqara xəsiyyətlidirsə, o zaman onun ətrafında olan kim varsa hamsına qarşı onda şübhələr oyatmalıdır. Tənbəldirsə, onunla heç vaxt iş barəsində danışmamalıdır. Bir sözlə, halına uyğun şəkildə ona qulluq göstərməli və ən əsası da onu davamlı olaraq tərifləməlidir. Əgər ağası axmağın biri olarsa, onda ona, hətta o buna layıq olmasa belə, eyni bayağı tərifləri deməkdə heç nə itirməz. Amma, işdir birdən ağlı başında və ya itibeyinli ola - bu da çox nadir hallarda olur - bax o zaman bir neçə fərqli fəndlər fikirləşməyə dəyər.
Saray əyanı ona kömək və ya onu narahat edə biləcək hamının qarşısında gülərüz, nəvazişli və nəzakətli olmağı öyrənməlidir. O, ancaq o kəslərə yuxarıdan aşağı baxmalıdır ki, onlara heç bir ehtiyacı olmasın.
Əsl saray əyanı hamıyla dostluq etməyi bacarmalı, amma heç kimə bağlanmaq kimi zəiflik göstərməməlidir. Vəzifəli şəxs öz vəzifəsini, səlahiyyətlərini itirdikdə, dərhal bu münasibətləri dayandırmalıdır. Çox vacib şərtlərdən biri də odur ki, işdir kimsə birdən ağanın və ya onun sevimlisinin gözündən düşsə, həmin adama dərhal və yerindəcə nifrət etmək gərəkdir.
Saray əyanları ağalarının şəxsi qarşısında gördükləri ən alçaq işləriylə fəxr edərlər. Gecə-gündüz ona faydalı olma xoşbəxtliyinə can atar, onu gözlərindən uzaq buraxmazlar. İncilin ruhu təvazökarlıq və itaətdir. İnsan oğlu bizə, kim ki özünü yuxarıdan aparsa, alçalacaq, demişdir. Saray adamları bu vəsiyyətə sözbəsöz əməl edərlər... "
Şübhəsiz ki, insan növləri arasında ən maraqlı növlərdən biri qeheteşniklərdir. Baron Holbaxın saray əyanları haqqında yazdıqları hansi sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq qeheteşniklərin nizamnaməsi, həyat fəlsəfəsi kimi qəbul edilməlidir.
Çünki qeheteşnikin şəxsi fikri, zövqü yoxdur. Onun zövqünü, şəxsi fikrini donorlar, fond rəhbərləri, səfirlik işçiləri müəyyən edir. qeheteşnik heç bir dəyərə hörmət etməməli, hər bir dəyərdən öz xeyrinə istifadə etməyi, öz simasında bir neçə zidd anlayışları birləşdirməyi, şəraitə uyğun olaraq müxtəlif təbəqələrə mənsub adamların hörmətini qazanmağı bacarmalıdır. Məsələn, seminarlarda, konfranslarda sülhdən, barışıqdan danışdığı halda lazım gəldiyi anda müharibə tərəfdarına, alovlu vətənpərvərə çevrilməlidir. Başqalarının problemləri, göz yaşları onu bir qram da narahat etməməli, heç bir halda hissə qapılmamalı, tam tərsinə, gəzməsi, yeyib-içməsi, kef çəkməsi, ümumiyyətlə uğur qazanması üçün vasitə olmalıdır.
Əsl qeheteşnik öz yaltaqlığını, simasızlığını mədəniyyət, tərbiyə, nümunəvi davranış, tolerantlıq, işgüzarlıq kimi təqdim etməklə bərabər, bir az mövqeyi olan, sözünü deyən, prinspial adamlara da mədəniyyətsiz, tərbiyəsiz damğasını vurmağı, onları gözdən salmağı bacarmalıdır. Görünür biz burda bacarmaq sözündən bir neçə dəfə istifadə etməli olacağıq. Ona görə ki qeheteşniklərin həyatı başdan-başa bacarmaqdan ibarətdir.
İncəsənətə heç bir adiyyatı olmadığı halda özünü incəsənət vurğunu kimi göstərməyi bacarmaq... İnsana heç bir dəyər vermədiyi halda özünü insanpərvər kimi göstərməyi bacarmaq. Savad olmadığı halda özünü savadlı kimi göstərməyi bacarmaq. Dadsız yeməkləri fövqəladə dadlı yemək kimi yeməyi bacarmaq. Kədərlənmədən kədərlənməyi, sevinmədən sevinməyi bacarmaq. Bacarmaq, bacarmaq, yenə də bacarmaq!
Bilənlər bilir, bilməyənlər bilsin ki, Avropada, həmçinin Amerikada şəxsi tanışlıq çox böyük gücə malik bir vasitədir. Bu şəxsi tanışlıq sayəsində xeyli "avara", heç bir bəşəri, insani dəyərə hörmət etməyən, fürsətcil adamlar müxtəlif fondlarda, səfirliklərdə çalışmaqdadırlar.
Bu adamlar özlərini Qafqazda fövqaladə bir zat kimi aparır, səmərəsiz, mənasız seminarlar, konfranslar təşkil edib pullarını qazanıb, keflərini çəkirlər. Fondların, təşkilatların Qafqazda fəaliyyət göstərən nümayəndələrinin, səfirlik işçilərinin arasında prinsipial, dəyərlərə hörmət edən, işinə vicdanla yanaşan adamlara rast gəlmək çətin məsələdir. Fəaliyyət göstərdikləri məkanda demokratiyanın və bəşəri dəyərlərin taleyi onları bir qram da narahat etmir.
Bu adamlardan bir az prinsipiallıq tələb edənlər avtomatik olaraq qara siyahıya düşürlər. Çünki onlara ümumiyyətlə problem lazım deyil. Necə yaşamaq, necə işləmək lazım olduğunu özləri çox yaxşı bilirlər. Bu gəlmə fürsətcillərlə yerli fürsətcillər, gəlmə canavarlarla yerli canavarlar birləşərək demokratiya, insan haqları adına milyonların altından girib üstündən çıxdılar. Nəticədə işləri əslində demokratiyanı dəstəkləmək, bəşəri dəyərləri yaymaq olan bu adamlar, onların fəaliyyət göstərdikləri fondlar, təşkilatlar öz "fəaliyyətləri" ilə demokratiyanı və bəşəri dəyərləri də gözdən saldılar.
İki ilin söhbətidir. Bir qadınla yuxarıda yazılanlar barəsində danşırdıq.
Qadın özü Qafqazda fəaliyyət göstərən təşkilatlardan birində çalışırdı. Bir az da ədəbiyyata yaxınlığı var.
Mənə sual verdi ki, nəyə görə Qafqaz ölkələrində Sovet nostalgiyası, Rusiyaya heyranlıq davam etməkdədi.
Dedim ki, günahkar sizlərsiniz. Mədəniyyətə, fikirə sərmayə qoymadınız. Həqiqətən effektli jurnallar nəşr etməli, vacib əsərləri çevirməli, faydalı festivallar, müsabiqələr keçirməliydiniz. Sizlər isə mənasız və səmərəsiz seminarlar, konfranslar keçirməklə öz işinizi bitmiş hesab etdiniz. Həqiqi alternativlərə dəstək vermədiniz.
Bilmirəm geri, ölkəsinə qayıdırdı deyə, yoxsa alkolun təsiri idi, hər halda səmimi bir söhbət elədi. Dedi ki, Qafqazda fəaliyyət göstərən fondlarda, təşkilatlarda, səfirliklərdə çalışan əcnəbilərin çoxu fırıldaqçılardı. Onlara özləri kimi fırıldaqçılar lazımdır ki, günlərini keçirsinlər, pullarını qazansınlar. Demokratiya, insan haqları bu adamları bir qram da maraqlandırmır. Mən nə qədər çalışdım, Qafqaz üzrə yaxşı bir ədəbiyyat müsabiqəsi keçirim, heç cürə rəhbərliyi razı sala bilmədim.
Səmimiyyətinə görə qadına öz təşəkkürümü bildirdim və o söhbətdən sonra qəti olaraq belə bir fikrə gəldim ki, hər bir xalq özü öz başına çarə qılmalıdı. Əgər Amerikanın keçmiş səfiri Stenli Eskudero Yeni Azerbaycan Partiyasının Binəqədi təşkilatının üzvüdürsə, ta söhbəti uzatmağın, burda dastan açmağın bir mənası varmı? Bəyəm hər şey aydın deyilmi? Amerikanın ölkəmizdəki başqa bir səfiri Enni Dorsi isə bir dəstə meyxanaçını başına yığıb Amerikaya gəzməyə aparmışdı.
Bunun adı adam dolamaq deyilsə, bəs nədir?
Bilirəm ki, yenə müəllifə ümumiləşdirmə apardığına görə irad tutanlar "hamı belə deyil, istisnalar var" deyənlər tapılacaq. Əlbəttə, istisnaların olması istisna olunmur. Lakin cənab Saramaqonun təbirincə desək, zatən istisnaların olması normanı təsdiq edir. Əgər biz istisna var deyiriksə, deməli norma yuxarıda yazılan kimidir.
Kultura.az
Zaqatala sakini bağında döyülüb
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - FOTO
Lüksemburq Fələstin Dövlətini tanımağa hazırlaşır
İlham Əliyevlə BƏƏ lideri Yeni Şuşa məscidində - FOTOLAR
"Qalatasaray" klubu hücumçuya elə təklif verdi ki... - "Menecerini dəyiş, 5 milyon al!"
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək - Bu tarixdə
İspaniya "Eurovision"dan imtina etdi - Bu ölkəyə görə
Müğənni Elza Seyidcahan magistraturaya qəbul olub
Cəlilabadda məktəbli bıçaqlanıb
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu (FOTOLAR)
İsrail Livanı vurdu: dörd uşaq, yeddi qadın yaralanıb
Tramp: "Qətər bizim vacib tərəfdaşımızdır"
Xalq artisti dəfn olundu (Yenilənib)
İlham Əliyev BƏƏ Prezidentini Qarabağda qarşıladı, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
İlham Əliyev və BƏƏ lideri Daşaltıda - FOTOLAR
Nəsimidə yük avtomobilindən oğurluq olub
Sabah yağış yağacaq
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib
Xətai rayonunda evlərin birindən oğurluq olub
Əlisəmid Kür reanimasiyaya yerləşdirildi
Partiya funksioneri tibb bacısını şantaj edirmiş... - 5 il müddətinə həbs gözləyir (FOTO)
Buraxılış imtahanında dəyişiklik olacaq: "Dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik, çünki..."
Bu il 491 nəfərin diplomu tanınmayıb
Həftəsonu ilin ikinci Günəş tutulması baş verəcək
AKP İstanbulun daha bir bələdiyyəsini "ovlayır" - CHP "çökdürülür"
Yeni mükafat təsis olunub
Faiq Ağayev efirdə aparıcını danladı: "Bugünlük səni bağışlayıram, amma..." - VİDEO
Qəzzada ölənlərin sayı artıb
Avropanın daha bir ölkəsi Fələstini tanıyacaq
Vəkillik üçün iş stajının müddəti üç ildən bir ilə endirilir
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
"Bunu ört-basdır etmək düz deyil” - Nazir universitetləri qınadı, bu məktəblərin bağlanacağının anonsunu verdi
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
İsraildə nazirlikdə əməliyyat: nazir və köməkçiləri saxlanıldı
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
Klub rəhbərliyinin istefası tələb olunur
"DƏMİR YUMRUQ ENDİRİRİK" - İsrail Qəzzaya tankları yeritdi, müdafiə naziri sərt bəyanat verdi
Tramp əmr verdi, Karib dənizində gərginlik artdı: ABŞ ordusu Venesueladan gələn daha bir qayığı vurdu, 3 ölü var (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR