Azərbaycanda dəhşətli qəza - 5 yaşlı uşaq yanaraq öldü

img

03-07-2016 [15:24]


Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib.

Mia.az-ın Lent.az-a istinadən mlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi 11 BG 172 dövlət qeydiyyat nişanlı "Mercedes" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib.

Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA