Nazirlik iş adamına cərimə kəsdi - 10 min manat

img

14-07-2016 [14:05]


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin "Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA