Gömrükdə daha bir əməliyyat - FOTOLAR

img

30-06-2016 [12:40]


Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə "Ford Tranzit” markalı, yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Tranzit” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA