Kredit borcuna görə həbs qadağan edildi

img

28-06-2016 [16:49]


"Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır”.

Bu barədə bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov şəxsi "Facebook” səhifəsində yazıb. Onun yazdığına görə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

"Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması” məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz”, – Ə.Həsənov qeyd edib.

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz”.

"Buna görə də sizi həbslə qorxudan hər kəsə Konstitusiya Məhkəməsinin qərarını xatırladın və qorxmayın! Allahın köməyi ilə banklara, kollektorlara, icra məmurlarına və hakimlərə hüququn nə olduğunu əvvəl-axır başa salacağıq!”, – deyə, ekspert bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA