Başından güllə xəsarəti alan polis xəstəxanada vəfat etdi

img

22-06-2016 [12:47]


Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib. 

27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa rayonunun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun başına dəyib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA