16-06-2016 [18:21]
Xaqani SƏFƏROĞLU,
"Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri
****
İnternet media bu gün sərhədlərini genişləndirdikcə onun idarəçilik modelləri də dəyişir. Onlayn resursun idarə olunması üçün vacib olan vəsait əldə etmək və pul qazanmaq cəhdləri ənənəvi metodları bir tərəfə ataraq yeni innovativ yanaşmanı ortaya qoyur.
Bu baxımdan dünyada internet KİV-lərin maddi bazasının yaradılması üçün yeni formalar uğurla sınaqdan çıxarılır. Azərbaycanda sayt rəhbərlərinin bu təcrübələrlə tanışlığı onlara gələcəkdə onlayn KİV-də reklam "əsiri” olmadan pul qazanmaq imkanı verə bilər. Bu metod isə saytların böyük diqqət yetirdiyi nəhəng istifadəçi ordusudur.
Qeyd edək ki, hazırda saytlar üçün prioritet olan reklam və baxış sayları onlayn KİV-in mövcudluğunu şərtləndirən amildir. Sayt rəhbərləri onlayn medianın "dəhşətli sirlərindən biri” olan səhifələrə baxış və unikal istifadəçilərin sayını uğur kimi qiymətləndirir. Bu göstəricilər onlyan resursun oxucu sayını və nufuzunun göstəricisi sayılır.
Lakin bu istifadəçilərin daim sizin saytı ziyarət edəcəklərinə əmin olmaq olarmı? Qeyd edək ki, qərb təcrübəsində artıq "loyal istifadəçi” adlanan anlayış öz yerini tutmaq üzrədir. Bəs bu ad nəyi ehtiva edir?
Araşdırmalar göstərir ki, istifadəçilərin böyük əksəriyyəti sayta təsadüfən daxil olur və orada bir neçə saniyə dayanırlar. Əgər hətta onlar saytda bundan artıq vaxt ərzində "otururlarsa” belə əksəriyyəti sayta ayda bir-iki dəfə girir. Odur ki, belə insanları saytın brendində maraqlı olan loyal istifadəçi hesab etmək olmaz.
Loyal istifadəçini şərtləndirən başqa amildir: Bunlar sayta tez-tez daxil olan, orada dayanan adamlardır. Bu istifadəçilər materialları oxuyur və kontentə və saytın təqdim etdiyi digər məhsullara görə pul ödəməyə hazırdırlar. Ancaq ciddi xəbər və informasiya saytları üçün bu istifadəçilər daha maraqlı və əhəmiyyətlidirlər. Belə istifadəçilər özlərini oxuduqları brendin bir hissəsi hesab edir.
Məsələn, "Nyu York Tayms” qəzetinin innovasiya və strategiya üzrə redaktoru Kinsi Uilson internet jurnalisitka ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki,qəzetin onlayn versiyası gəlirin 90 faizini 10 faiz istifadəçidən götürür. Bu çox mühüm statistikadır. Nəzərə alaq ki, "Nyu York Tayms”ın onlyan versiyasını oxuyan bir milyondan çox abunəçisi var. Ötən il isə bu rəqəm 20 faiz də artıb.
Peşəkar jurnalistika, araşdırma jurnalisitikası ilə məşğul olan naşirlər gəlirlərinin əhəmiyyətli hissəsini istifadəçilərlə etibarlı münasibətlərdən alırlar. Məsələn, ABŞ-ın "Texas Tribun” və "MinnPost” nəşrləri reklam verənlərə və sponsorlara səhifə baxışını göstərən məlumatları vermirlər. Bu redaksiyalar saytın loyal istifadəçiləri ilə birlikdə birgə cəmiyyətə çevrilirlər. Redaksiya onlyan resursa maliyyə xərcləyən öz oxucularını abunəçi deyi "eyni icmanın üzvləri”, "tərəfdaş” adlandırır və onlara xüsusi güzəştlər verirlər.
Ekspertlərin fikrincə, belə yanaşma ilə araşdırma jurnalisitkası da müəyyən sayda loyal istifadəçilərə söykənərək əhəmiyyətli gəlir əldə edə bilər.
Məsələn, 2013-cü ildə işə başlayan Hollandiyanın jurnalist platforması olan müstəqli analitik sayt –"De Correspondent” ilk gündən oxucularına vəd verdi ki, onun saytında reklam olmayacaq. Ciddi jurnalist təhqiqatları təklif edən sayt illik abunə ilə maliyyələşir. Sayta illik abunə 66 dollardır. Saytın başlanğıc kraudfandinq kampaniyasına ( ideyanın cəlbediciliyinə maraqlı olan insanlardan toplanan ianə) 20 min insan qoşuldu və nəticədə 1,7 milyon dollar yığıldı. Bu pul sayta 24 əməkdaşı işə götürməyə imkan verdi. Hazırda saytın abunəçilərinin sayı 40 minə çatıb. Onların hər biri 66 dollar ödəyir. Bu ildə 2,6 milyon dollar deməkdir. Saytın əsasını qoyan Ernest Yan Pfausın sözlərinə görə, jurnalisitikada reklama söykənmədən pul qazanmaq və insanların etimadını əldə etmək mümkündür.
İspaniyanın Eldiario.es müstəqil xəbər saytının təcrübəsi də bu baxımdan maraqlıdır. Saytın baş direktoru İqnasio Eskolar bu saytı 2012-ci ildə yaradıb. Maraqlıdır ki, burda çalışan jurnalistələr saytın sahibi sayılır. Baş redaktor bu ilin əvvəlində bəyan edib ki, saytın 2015-ci il üçün gəliri 2,6 milyon dollar olub. Bu isə 2014-cü ildəkindən 33 faiz çoxdur. Vergiləri ödədikdən sonra saytın xalis gəliri 235 min dollar olub. Bu pulsuz onlayn resurs 14 min 500 abunəçi hesabına fəaliyyət göstərir. Bu istifadəçilər illik 66 dollar abunə pulu ödəyirlər.
Belə ödəmə onlara digər istifadəçilərdən bir neçə saat əvvəl xəbərlərlə tanış olmaq, reklamdan qaçmaq, endirimlər və tədbirlərə dəvət almaq imkanı yaradır. Mühüm olan odur ki, saytın aylıq 6 milyon oxucuları arasında abunəçilər cəmi 1 faizi təşkil edir.
Onlayn mediada sahibkarlıq uğuru qazanmış digər bir nümunə Malayziyanın "Malaysiakini” saytıdır. 1999-cu ildə yaradılmış bu sayt bir neçə dəfə maliyyə uğurları və uğursuzuqları ilə üzləşib. Sayt hökumətin senzura tətbiq etmək cəhdi ilə mübarizə aparıb. 2014-cü ildə bu onlayın KİV-in oxucuları ayda 9 milyon olub. Sayt illik 40 dollar ödəyən 16 min abunəçi hesabına fəlaiyyət göstərir.
Bu isə onu göstərir ki, o qədər də böyük olmayan, loyal internet auditoriyasından yaxşı gəlir əldə etmək mümkündür. Qalan digər gəlirlər isə reklamdan əldə oluna bilər. Bundan başqa saytlar ayrı-ayrı məqalələrə görə ödənişə, dövlət subsidiyalarına, müxtəif fondların köməyi ilə də gəlir əldə edirlər.
Cəmiyyət, naşirlər, fondlar və hökumət belə jurnalistikanın qiyməti ilə bağlı razılaşmağa vadar olur. Çünki reklamdan istifadə etməklə maliyyələşmə artıq keçmişdə qalır və effektini itirir. Amma hamıya aydındır ki, kimsə ödəməlidir. Odur ki, sayt sahibləri rəhbrərlik etdiyi media resursunun inkişafı üçün məhs bu loyal istifadəçiləri tapmaq və saytın "icmasına” daxil etmək üçün səy göstərirlər. Belə bir təcrübə Azərbaycanın internet KİV- i üçün cazibədar ola bilər. Bizdə də getdikcə onlayn media menecerliyinin yaxşı bazası formalaşmaq üzrədir.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi