Ölkəyə qanunsuz gətirilən qızıl-zinət əşyaları aşkarlandı – Gömrükdə əməliyyat

img

07-06-2016 [11:55]


Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən  Strateq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562.13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA