Bakıda yaşayış evinə basqın edib, qadına xəsarət yetirən dəstə saxlandı - Polis əməliyyatı

img

13-06-2016 [12:58]


Bakıda yaşayış evinə basqın olub.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Firəngiz Musayevanın yaşadığı evə daxil olan 3 maskalı və silahlı şəxs ev sahibəsinin əl və ayaqlarını yapışqanla bağlayaraq, pul tələb ediblər. Onlar evdən külli miqdarda pul və qızıl zinət əşyaları aparıblar. F. Musayeva xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq əməlini törədən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri – Emil, Elnur və Elçin adlı şəxslər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA