06-05-2016 [12:16]
Seymur VERDİZADƏ
Bir tanışım taksi sürücüsü işləyir. Dədə-baba peşələri dülgərlik olsa da, oğlanın əli bu işə yatmadığı üçün dolanışığını köhnə "07”-nin hesabına təmin etməyə çalışır. Allah-Təala öz bəndəsini ac qoymur. Onun da bir tikə çörəyi var, qohum-qardaşa möhtac deyil.
Atası üç-dörd il əvvəl Bakıdakı adlı-sanlı şadlıq saraylarının birində oğluna toy elədi. Ailəvi get-gəlimiz, xüsusi münasibətimiz olmasa da, təzə bəy mənə də dəvətnamə vermişdi. Dostlarımın birindən borc alıb toya getdiyim üçün bu hadisəni təfərrüatı ilə xatırlayıram. Şadlıq sarayına daxil olanda ünvanı səhv saldığımı zənn etmişdim. Axşam saat 7 olsa da, qonaqlar üçün nəzərdə tutulmuş yerlərin təxminən yarısı boş idi.
Məndən sonra daha beş-altı adam gəlsə də, 8 masa tamamilə boş qalmışdı. Yaranmış bu vəziyyət təkcə toy sahiblərini deyil, qonaqları da narahat etməyə başlamışdı. Yanımda əyləşmiş adamların apardıqları "kəşfiyyat” nəticəsində məlum oldu ki, belə acınacaqlı vəziyyətin yaranmasının səbəbkarı bəyin özüdür. Sən demə, taksi sürücüsü işləyən təzə bəy maşınına mindirdiyi adamların hamısına dəvətnamə veribmiş...
Uşaq vaxtı xalının üstündə gəzməyən adamlar da həmin gün oğlan evinin sifətindəki kədəri aşkar görə bilirdilər. Eşitdiyimə görə, bəyin atası toydan sonra oğluna belə deyib: "Yaxşı ki, sən avtobus sürücüsü işləmirsən. Yoxsa, ömrümün axırına kimi şadlıq sarayına borc ödəməli olardım”.
İki gəncin ömür yolunu birləşdirməsi gözəl hadisə olmaqla yanaşı, həm də vacib aksiyadır. Beş il ATV və ANS-in studiyalarında yanaşı əyləşdiyim əziz dostum Rəşid həkimin təbirincə desək, hər bir insan öz oxşarını yaradandan sonra bu dünyadan köçməlidir. Təəssüf ki, son illər bu gözəl adətimizə kölgə salan, toylarımızı gəlir mənbəyinə çevirən adamların sayı getdikcə artır. Adam var ki, pul yığmaq üçün 14 yaşlı oğluna ikinci dəfə sünnət edir. Adam tanıyıram ki, aldığı maşının kreditini qaytarmaq, ya da banka olan borcunu ödəmək üçün oğlunu vaxtından əvvəl evləndirir, qızını hələ sümükləri bərkiməmiş ərə verir. Dost-tanış sarıdan korluq çəkən, xeyirə-şərə bir o qədər də maraq göstərməyən ən yazıq adamın da cibində azı iki-üç dəvətnamə olur. Bir az tanınan, az-çox üzdə olan adamlar isə axşamlar, adətən, şadlıq saraylarında şam edirlər.
Milli Məclisin üzvü Hadı Rəcəbli iki il əvvəl demişdi ki, ona bir ayda 21 dəvətnamə veriblər. Yaxından tanıdığım, ünsiyyətdə olduğum millət vəkillərinin hamısı toylara tez-tez dəvət olunmalarından şikayətçidirlər. Görünür, bəzi gənclərimiz hesab edirlər ki, onların toyunda deputatlar iştirak etsə, birinci uşaqları oğlan olacaq...
Toy təkcə nikaha girən gənclərin deyil, həm də onların valideynlərinin həyatında ən sevincli gündür. İnsan öz sevincini qohum-qardaşı, dostları, yaxşı münasibətdə olduğu iş yoldaşları ilə bölüşə bilər. İldə bir dəfə üzünü görmədiyi adamı toyuna çağırmaq üçün insanda gərək üz olsun. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində adamlar qaynının xalası qızının əmisi oğlunu övladının toyuna çağırmır.
Qəribə vəziyyət yaranıb: kimə salam verirsən, sənə dəvətnamə verir. Dəvətnamələrin sayının çoxluğu insanlarda əsəb və gərginlik yaradır. İmkansızlıqdan toya gedə bilməyən, yaxud borc alıb gedən insanların sırası sürətlə genişlənir. Adam tanıyıram ki, balasının boğazından kəsib hansısa toya pul yazdırır.
Məqamı gəldiyi üçün bu qənaətimi bölüşmədən keçə bilməyəcəyəm: bəzi adamlar toya gedəndə o qədər deyinirlər ki, yeni ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir...
Ötən il tanımadığım bir nömrədən telefonuma zəng gəldi. Kişi hal-əhval tutub, uşaqların kefini soruşandan sonra mətləbə keçdi: "Qardaş, gələn həftə oğlumun toyudur. Səni də dəvət edirəm”.
Yeni yuva quran gənclərə Allah-Təaladan xoşbəxtlik diləyəndən sonra bəyin atasının kimliyi ilə maraqlandım. Zəng edən adam özü haqda ətraflı məlumat versə də, onun kim olduğunu xatırlaya bilmədim. Kişinin reaksiyası belə oldu: "Narahat olma, mən də səni unutmuşdum. Dünən televiziyada görməsəydim, yadıma düşməyəcəkdin”.
Bax, belə! Qohumlarınızın, dostlarınızın, yaxşı münasibətdə olduğunuz iş yoldaşlarınızın məclislərinə gedib, onların sevincini bölüşün. Amma sizi toydan-toya yada salan adamların məclislərinə getməyin. Əmin olun ki, bununla heç nə itirməyəcəksiniz. Üstəlik, pulunuz cibinizdə qalacaq...
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi