Bakıda növbəti marşurut qəzası: yaralılar var

img

20-04-2016 [10:56]


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda "Daewoo" markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Daewoo Damac" markalı minik avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA