Barəndə rüsvayedici məlumat yayacağını deyib, qadını şantaj etdi - Polis saxladı

img

18-04-2016 [13:57]


Bakıda qadını şantaj edərək pul alan şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 16-da Bakı şəhər sakini Ü.M (qadın) Qaradağ Rayon Polis İdarəsinin10-cu Polis Bölməsinə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 150 manat pulunu almasını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA