Sərdar Həmidovun evini yardılar

img

10-03-2016 [10:19]


Bir neçə gün öncə dünyasını dəyişmiş Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun Tərtərdəki evi soyulub.

Bu barədə onun oğlu Şəhriyar Məcidzadə məlumat verib: "Az əvvəl yazdığım statusun sərt olduğuna görə xətrini istədiyim dostum yazıb. Artıq neçə saatdır bu barədə düşünürəm. Tərtərdəyəm. evimizdən oğurluq olub. Kimlərsə evimizə girib və evimizi yağmalayıb, yağmalatdırıb. Olduqca gərgin və qəzəbliyəm! Ən qısa zamanda Bakıya gəlib daxili işlər nazirinə və digər qurumlara müraciət ünvanlayacam. 

Burdan üzümü Azərbaycanın dövlətinə, hüquq mühafizə orqanlarına tuturam. Burdan üzümü bütün media mənsublarına, ziyalılara tutub bildirirəm ki, biz sizin dəstəyinizi gözləyirik.

Sərdar Həmidovun təmas xəttinin yaxınlığında yerləşən evindən oğurluq edirlər, bu, sadə məsələ deyil! Həm də belə bir ərəfədə!

Demək ki, nəbz yoxlayırlar. Kim nəbz yoxlayırsa, qanunun ən sərt üzüylə cəzalandırılmalıdır! Sabah ətraflı şəkildə oğurlanan əşyalar və təfərrüatı barədə məlumat yayacam”.

Şəhriyar Məcidzadə qeyd edib ki, axşam olduğu üçün çəkiliş edə bilməyib.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA