“Bunu kim desə, səhv edəcək” - Vitse-spiker

img

31-10-2017 [12:47]


Vitse-spiker Valeh Ələsgərov Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.

Deputat Vahid Əhmədovun sualını cavablandıran V. Ələsgərov qeyd edib ki, indidən kapital xərcləri haqqında dəqiq rəqəm demək çox çətindir: "Bunu kim desə, səhv edəcək. Çünki yatağın işlənməmiş hissəsində işlər aparılacaq. Bu layihənin kapital tutumu 33 milyard da, 28 milyard da ola bilər. Dəqiq rəqəm işlər görülüb bitəndən sonra müəyyən olunacaq”.

O həmçinin xatırladıb ki, Azərbaycanın indiyə kimi bu layihədən qazandıqlarını bir dövlət belə layihələrdən almayıb: "Həm mənfəət, həm də işçi baxımından deyirəm”.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA