?N-Brothers? qrupu həm klip çəkdirir, həm də konsertə hazırlazır

img

18-05-2009 [04:01]


?N-Brothers? qrupu solo-konsert vermək fikrindədir. Qrupun rəhbəri Namiq qardaşın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda qrup üzvləri bəstəkar Gövhər Həsənzadə ilə iş birliyi qurublar: ?Sözləri Elnarə Əsgərovaya, bəstəsi Gövhər Həsənzadəyə məxsus olan ?Sevirəm? mahnısı üzərində iş gedir. ?Papaq? filmində məşhur mahnı var. Həmin mahnı mərhum bəstəkar Cahangir Cahangirovun bəstəsidir. Biz həmin mahnını da qrupun repertuarına saldıq. Hər iki mahnıya klip ekranlaşdırmaq istəyirik?. Qrup rəhbəri bildirib ki, klip iyun ayında hazır olacaq. Eyni zamanda bu il ?N-Brothers?in yaranmasının 9 ili tamam olur. Məhz bu məqsədlə hesabat konsertinə hazırlıqlar gedir: ?Yayda şou-proqram məkanlarının birində solo-konsert proqramı ilə çıxış etmək istəyirik. Üzümüzə gələn il isə 10 illik yubileyimizdir. Odur ki, bu möhtəşəm yubileyi adlı-sanlı konsert salonlarının birində keçirmək fikrindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA