italiyada baz verən zəlzələdə ölənlərin sayı 27-yə çatıb

img

06-04-2009 [12:54]


İtaliyada bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. CNNTürk-ün verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ən son məlumatlara görə, 27 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna edilmir. Onlarla insan itkin düşmüş hesab edilir. Artıq İtaliyanın Baş nazirinin ölkədə fövqəladə vəziyyət elan etdiyi bildirilir.RİA Novosti-nin məlumatına görə, təbii fəlakətlə əlaqədar nazir Silvio Berluskoni aprelin 6-7-də Moskvaya planlaşdırdığı səfərini təxirə salıb. Qeyd edək ki, İtaliyanın ?Ansa? xəbər agentliyi bu gün səhər saatlarında baş verən zəlzələnin 5,8 bal, ?Reuters? agentliyi isə 6,3 bal gücündə olduğunu bildirib. Amerika Geoloji Qurumunun məlumatına görə isə, zəlzələ 6,7 bal gücündə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA