"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?

img

02-04-2026 [12:57]


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir.

Mia.az xəbər  verir ki, bunu Report-a açıqlamasında ittifaqın katibi Baba Vəziroğlu deyib.

"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur", - deyə o, bildirib.

Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib: "Ola bilsin, qurultayın çağırılıması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.

Xalq artisti Fəxri xiyabanda dəfn olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA